main-post-cover

    Kompüter modelləşdirməsi Yupiterin peyki Avropada həyat növünün mövcud olma ehtimalını təsdiqləyib

    Süni İntellekt
    03.04.2022
    Emil Nəcəfov
        Yupiter planeti təkcə böyük ölçüsü ilə deyil həm də çoxlu sayda mövcud olan peyki ilə də məşhurdur. Yupiterin peykləri ilə bağlı artıq çoxlu sayda maraqlı kəşflər edilib. Aparılmış son araşdırmalar çərçivəsində isə alimlər güman ediblər ki, Yupiterin Avropa adlı peykində həyat növü mövcud ola bilər. Lakin bu hələ ki, kompüter modelləşdirilməsi vasitəsilə sübut edilib. Ostində yerləşən Texas Universitetinin tədqiqatçılarının fikirlərinə əsasən Avropanın buz örtüyündə əmələ gələn duzlu su buz örtüyünün altında 15 km-lik dərinlikdə yerləşən yeraltı okeana oksigeni çatdıra bilər. İlkin hesablamalara əsasən Avropanın yeraltı okeanında həll olmuş oksigen miqdarı Yer kürəsinin okeanlarında həll olmuş oksigen miqdarına bərabərdir.
        Aparılmş kompüter modelləşdirməsi onu göstərib ki, duzlu su Avropanın buz örtüyünün tədricən əriyən hissələrində əmələ gəlir. Həmin duzlu su isə oksigenlə qarışa bilər. Oksigen molekulları öz növbələrində Günəş işığı və Yupiter şüalanmasının təsiri ilə yaranır. Nəticədə duzlu su buz örtüyünün aşağı hissələrinə sızmış ola bilər. Alimlərin fikirlərinə əsasən Avropanın yeraltı okeanındakı həyat növünün dəstəklənməsi üçün kifayət qədər oksigen mövcuddur. Belə ki, su, peykin səthində generasiya olunan oksigenin 86%-ni udur. 2024-cü il üçün NASA-nın planlaşdırılan Europa Clipper adlı missiyası sözügedən peykdə həyat növünün yaranması üçün lazım olan oksigen ilə digər komponentlərin hansı miqdarda mövcud olduqları barəsində daha ətraflı məlumatları təqdim edəcək.
    Linki kopyala