main-post-cover

    James Webb vasitəsilə çəkilmiş ilk möhtəşəm fotolar təqdim edilib

    Süni İntellekt
    13.07.2022
    Farid Pardashunas
        NASA James Webb kosmik teleskopu vasitəsilə çəkilmiş ilk fotolardan bir neçəsini təqdim edib. Bununla yanaşı sözügedən teleskop vasitəsilə əldə edilmiş spektoqrafik məlumatlar da var. Təqdim edilmiş fotolar James Webb teleskopunun nəyə qadir olduğunu və astronomiya sahəsində yeni dövrə qədəm qoyduğunu sərgiləyib. “Bu gün biz, James Webb teleskopu vasitəsilə kosmosa tamamilə yeni baxış növünü insanlara təqdim edirik. O baxış növü ki, insanlar indiyənə kimi heç zaman görməyiblər. İndiyənə kimi kainatın ən dərin infraqırmızı təsviri də daxil olmaqla bu fotolar James Webb teleskopunun bizim hələ düzgün şəkildə verə bilmədiyimiz suallara necə cavab tapmaq lazım olduğunu sərgiləyirlər. Söhbət, kainatımızı yaxşı anlamağa və insanların kainatdakı yerlərini təyin etməyə imkan verəcək suallardan gedir” - deyə NASA-nın rəhbəri Bill Nelson qeyd edib. Qeyd etmək lazımdır ki, yeni nəsil kosmik teleskopun ilk olaraq araşdırmalı olduğu kosmik obyektlər NASA, Avropa Kosmik Agentliyi, Kanada Kosmik Agentliyi Kosmik Teleskop Vasitəsilə Kosmik Tədqiqatlar İnstitutu mütəxəssisləri tərəfindən birgə seçilib.
    Stefan Kvinteti adlı qalaktikalar qrupu:
        Stefan Kvinteti Pegas bürcündə yerləşən kompakt qalaktikalar qrupudur. James Webb teleskopu sözügedən qalaktikalar qrupuna daxil olan qalaktikalardan birini əhatə edən ulduz tozu maneəsinin digər tərəfinə nəzər yetirərək orda yerləşən yüksək kütləli qara dəliyin qaz tərkibini görə bilib. Bu məlumatlardan istifadə edərək alimlər bir-biriləri ilə qarşılıqlı əlaqədə olan qalaktikaların bir-birilərində yeni ulduzların yaranmalarına necə təsir göstərdiklərini və həmin qalaktikalarda qaz təsirinin necə baş verdiyini öyrənə biləcəklər.
    WASP-96b adlı ekzoplanetin atmosferinin spektoqrafik məlumatları:
        Kosmosun dərinliklərinin fotolarını çəkməklə yanaşı James Webb teleskopu Feniks bürcündə yerləşən və Yer kürəsindən təqribi olaraq 1000 işıq ili uzaqlığından yerləşən WASP-96b adlı qaz ekzoplanetinin atmosferinin spektoqrafik məlumatlarını əldə edib. Sözügedən ekzoplanetin kütləsi Yupiterin kütləsinin yarısına bərabərdir. Teleskop vasitəsilə reallaşdırılmış ilkin analiz bu ekzoplanetin atmosferində suyun olduğunu göstərib.
    Cənub halqası dumanlığı:
        Cənub halqası dumanlığı genişlənən qaz bulududur və o, artıq ölən ulduzu əhatə edir. Sözügedən dumanlıq Günəşdən 2000 işıq ili uzaqlığında Yelkən bürcündə yerləşir.
    Kil dumanlığı:
        James Webb teleskopu Kil bürcündə yerləşən Kil dumanlığının fotosunu çəkə bilib. Sözügedən dumanlıq Günəşdən 7600 işıq ili uzaqlığında yerləşir. O, Süd Yolu qalaktikasında yeni ulduzların yarandıqları ən böyük sahələrdən biridir. Çəkilmiş fotoda dumanlığın qayalara bənzəyən hissələri əks olunublar. Qayalara bənzəyən həmin hissələrin ən böyüklərinin hündürlükləri 7 işıq ili təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər