main-post-cover

    James Webb teleskopunun yeni məlumatları alimlərdə erkən qalaktikalar barəsində çoxlu suallar yaradıblar

    Süni İntellekt
    04.09.2022
    Farid Pardashunas
        Artıq çoxlu miqdarda fotolar və yeni məlumatlar göndərmiş James Webb teleskopu alimləri erkən kainatın əvvəllər düşünüldüyü kimi görünməməsi üzrə düşündürməyə məcbur edib. Son 2 ay ərəzində James Webb teleskopu alimlərə kainatın ən uzaq və erkən sahələrinə nəzər yetirməyə imkan verib. Lakin teleskop vasitəsilə əldə edilmiş bəzi məlumatlar yeni cavabların əldə edilməsi əvəzinə daha çox sualın yaranmasına səbəb olub. Keçən ilin sonunda kosmosa göndərilmiş James Webb teleskopu ən uzaq qalaktikaların fotolarınə çəkir. Həmin qalaktikalar həddindən artıq zəif parlaqlığa sahibdirlər. Buna görə də digər teleskoplar onları görməkdə çətinlik çəkirlər. Sözügedən qalaktikalar kainatın yaranmasından sonrakı ilk milyard il ərzində formalaşıblar. Onların müşahidəsi isə yeni nəsil teleskopun əsas tapşırıqlarından biridir. Uzun müddət ərzində astronomlar düşünürdülər ki, erkən qalaktikalar kiçik ölçüyə sahibdirlər və onlar deformasiyaya məruz qalmış obyektlərdir.

    Lakin James Webb-in əldə etdiyi fotolar onu göstərib ki, bu qalaktikalar nəhəng ölçüyə, böyük kütləyə və düzgün forma ilə struktura sahibdirlər. Bu cür kəşf kainatın öz mövcudluğunun ilk mərhələlərində necə inkişaf etdiyi barəsində təsəvvürləri tamamilə dəyişə bilər.

        Kaliforniya Dövlət Universitetinin alimi Garth Illingworth-un sözlərinə əsasən kompüter modelləşdirmələri bu cür qalaktikaların mövcud olduqlarnı göstərməyib və heç kim onların belə vəziyyətdə olduqlarını güman etməyib. “Onlar kainatın ən erkən zamanında necə bu cür formalaşa biliblər? Bu cür qalaktikalarda çoxlu sayda ulduz necə yaranıb?” - deyə Garth Illingworth qeyd edib. Bununla belə alimlərin sözlərinə əsasən James Webb vasitəsilə əldə edilmiş fotolar hal hazırda böyük təəccüb yaratsalar da müəyyən müddətdən sonra bütün bu sualların məntiqi cavabları hər şeyi aydınlaşdıra bilər. Alimlər düşünürdülər ki, erkən kainatdakı qalaktikalar düzgün formaya sahib deyillər. Bunun əsas səbəblərindən biri də ondadır ki, kainatın erkən zamanlarına nəzər yetirməyə çalışmış Hubble teleskopu James Webb kimi güclü elmi təchizata sahib olmayıb.
        Buna görə də alimlər James Webb tərəfindən əldə edilmiş məlumatlardan daha əvvəlkilərinə nəzər yetirməyə məcbur olublar. Bundan əlavə olaraq alimlər Hubble tərəfindən əldə edilmiş məlumatlar əsasında güman edirdilər ki, erkən qalaktikalar kainatda xaotik şəkildə yerləşirlər. Lakin James Webb tərəfindən əldə edilmiş məlumatlar əsasında məlum olub ki, həmin qalaktikalar kosmosda daha strukturlu şəkildə yerləşirlər. James Webb-in aşkar etmiş olduğu nəhəng və yüksək kütləli erkən qalaktikalara gəldikdə isə alimlər artıq onların mövcudluqlarına dair ilk fərziyyələrə sahibdirlər. Ən sadə açıqlamalardan biri ondan ibarətdir ki, həmin qalaktikalardan bəziləri hesablamalardakı səhvlər səbəbilə o qədər də qədim və uzaq qalaktikalar deyillər. Bu məsələ ilə bağlı araşdırmalar davam edir və alimlər yaxın zamanda düzgün cavabın əldə edilməsinə ümid bəsləyirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər