main-post-cover

    James Webb teleskopu Yer kürəsinə nisbətən yaxın ekzoplanetin atmosferində su buxarı aşkar edib

    Süni İntellekt
    07.06.2023
    Farid Pardashunas
        James Webb kosmik teleskopu kainatı müşahidə etməyə davam edir. Məlum olub ki, alimlər James Webb-in köməkliyi ilə Yer kürəsinə nisbətən yaxın olan nəhəng ölçülü ekzoplanetin atmosferində su buxarı aşkar ediblər. Aşkar edilmiş su buxarına sahib ekzoplanet WASP-18 b adını əldə edib. O, Yer kürəsindən 400 işıq ili uzaqlığında yerləşir. WASP-18 b hələ 2008-ci ildə Hubble da daxil olmaqla bir neçə teleskop vasitəsilə kəşf edilmişdi. Sözügedən ekzoplanet öz ulduzuna çox yaxın məsafədə yerləşir. Buna görə də, o öz ulduzu ətrafında tam dövrü 24 saata reallaşdırır.
        Ekzoplanet ilə udluz arasında məsafə cəmi 3.1 milyon km təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Merkuri ilə Günəş arasındakı məsafə 6.3 milyon km, Yer kürəsi ilə Günəş arasındakı məsafə isə 150 milyon km təşkil edir. NASA mütəxəssislərinin verdikləri məlumata əsasən WASP-18 b-də olan yüksək temperatur (2700 dərəcə Selsi) səbəbilə su molekulları parçalanmaya məruz qalırlar. Lakin bununla belə müəyyən miqdarda su olduğu kimi qalır. Bununla yanaşı ekzoplanetin yalnız bir tərəfi daimi şəkildə öz ulduzuna tərəf istiqamətlənib. Buna görə də ekzoplanetin qaranlıq qalan hissəsində temperatur 1100 dərəcə Selsi daha aşağıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər