main-post-cover

    James Webb teleskopu tarixdə ilk dəfə ekzoplanetin atmosferini detallı şəkildə analiz edib

    Süni İntellekt
    24.11.2022
    Emil Nəcəfov
        Görünür, WASP-39b adlı ekzoplanet Günəş sistemindən kənarda ən detallı şəkildə müşahidə edilmiş planetdir. Saturna bənzəyən bu qaz nəhəngi Yer kürəsindən 700 işıq ili uzaqlığında yerləşir. James Webb isə ilk dəfə olaraq onun atmosferini detallı şəkildə analiz edib. Mütəxəssislər James Webb vasitəsilə WASP-39b-nin atmosferinin kimyəvi tərkibini təyin edə biliblər və hətta yadplanetli həyat növünün aşkar edilməsi üsullarını test ediblər. Sözügedən ekzoplanet Qız bürcündə öz ulduzu ətrafında dövr edir.
        Hələ avqust ayında James Webb onun atmosferində CO2 qazının mövcud olduğunu təyin etmişdi. Tarixdə ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən planetin atmosferində CO2 qazı aşkar edilmişdi və alimlər həmin vaxtda bu kəşfi inqilabi adlandırmışdılar. Həmin hadisədən aylar sonra isə WASP-39b-nin atmosferi barəsində daha çox məlumat əldə etmək mümkün olub. Beləliklə aparılmış müşahidələr nəticəsində məlum olub ki, WASP-39b kükürd silikat tərkibli buludlarla əhatə edilib.
        Planetin doğma ulduzundan gələn işıq isə planetin atmosferində baş verən kimyəvi reaksiya sayəsində kükürd dioksidin yaranmasına səbəb olur. Məlumdur ki, sözügedən eksoplanetin ölçüsü Yupiterin ölçüsünün 1/3 hissəsini təşkil edir. O öz ulduzu ətrafında cəmi 4.3 km məsafədə dövr edir. Bu isə Merkurinin Günəşə olan məsafəsindən 13 dəfə daha yaxındır. Bununla yanaşı atmosferdə oksigenin buludlardakı karbondan daha çox miqdarda olması ona işarə edir ki, WASP-39b öz ulduzundan daha uzaq məsafədə formalaşıb.
    Linki kopyala