Reklam
James Webb teleskopu qaranlıq materiya sirrinin cavabını tapmaqda yardımçı ola bilər

James Webb teleskopu qaranlıq materiya sirrinin cavabını tapmaqda yardımçı ola bilər

Süni zəka və Elm
05.01.2022 PAYLAŞIM

    Təyin edilməsi və izlənməsi hələ mümkün olmamış hipotetik qaranlıq materiya kainatda özünü yalnız bəzi qravitasiya hadisələri kimi büruzə verir. Alimlər hələ bu hadisənin təbiəti barəsində geniş məlumatlara sahib deyillər. Stephen Hawking-in vaxtı ikən irəli sürmüş olduğu nəzəriyyəyə əsasən qaranlıq materiya kainatın ilkin mərhələlərində yaranmış kiçik ölçülü ilkin qara dəliklərdir (kainatın ilkin genişlənməsi zamanı yüksək sıxlıqlı materiyada yaranmış hipotetik qara dəliklər). Keçən ay kosmosa göndərilmiş James Webb teleskopu isə bu cür qara dəlikləri aşkar etməyə çalışacaq. Stephen Hawking ilkin qara dəliklərin qaranlıq materiya rolunda çıxış etmələri nəzəriyyəsini 50 il bundan öncə irəli sürmüşdü. Bu, çox sadə və anlaşılan nəzəriyyədir. Onun çərçivəsində hər hansısa qəliz və anlaşılmayan elementar hissəciyin axtarışını aparmağa ehtiyac qalmır.

Əks halda bu, kainatın quruluşunu əhatə edən riyazi və fiziki modellərdə dəyişikliklərin edilməsinə səbəb ola bilər.

    Hawking-in təxminlərinə əsasən Böyük partlayışdan sonrakı ilkin mərhələlərdə ətrafa yayılmış maddənin sıxlığı o qədər yüksək olub ki, öz növbəsində qara dəliklərin yaranmalarına gətirib çıxardıb. Lakin elm sahəsində yayılmış və edilmiş müşahidələr ilə uyğunlaşan nəzəriyyəyə əsasən qara dəliklər artıq sönməyə başlamış müəyyən kütləli ulduzlardan yaranırlar. Buna görə də qara dəliklər kainatın ilkin inkişaf mərhələlərində yaranmış ola bilməzlər. Əgər qara dəliklər ilkin maddədən yaranıblarsa, onlar kütlə mərkəzinə çevrilmiş olmalı idilər. Nəticədə onların ətraflarında adi maddə yığılmalı və bunun sayəsində qara dəliklərin ətraflarında ulduzlar və qalaktikalar yaranmalı idilər.


    Uğurla kosmosa göndərilmiş James Webb teleskopu kainatın ilkin mərhələlərinə nəzər yetirməkdə yardımçı olacaq. Teleskop birbaşa qara dəlikləri görməsə də, insanların indiyənə kimi müşahidə edə bilmədikləri ən uzaq keçmişdəki ulduzları təyin edə biləcək. Keçmişdə ulduzların qravitasiya davranışları ilə qravitasiya linzası effekti (öz qravitasiya sahəsi vasitəsilə elektromaqnit şüalanmanın yayılma istiqamətini dəyişən yüksək kütləli obyekt) sayəsində bizim qara dəliklər hesab etdiyimiz obyektləri dolayı yolla təyin etmək mümkün olacaq. Və ola bilsin ki, nəticədə biz, kainatın təkamül təbiətini anlaya biləcəyik.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qara dəliklər partlaya bilirlərmi?

Qara dəliklər çox böyük kütləyə sahib kosmik obyektlərdir və onlar öz ətraflarında olan akresiya dis..


NASA-nın kosmik aparatı uğurlu şəkildə asteroidlə toqquşub (VİDEO)

Tarixdə ilk dəfə insan əli ilə hazırlanmış kosmik aparat asteroid ilə toqquşub.


NASA-nın kosmik aparatı gecə saatlarında asteroidlə toqquşacaq (VİDEO)

NASA-nın Double Asteroid Redirection Test (DART) adlı missiyası artıq final mərhələyə yaxınlaşır...


NVIDIA-nın süni zəka alqoritmi virtual dünyalar üçün sürətli şəkildə obyektlər v..

NVIDIA şirkəti GET3D adlı süni zəka modeli barəsində danışıb. Sözügedən süni zəka modeli virtual 3D ..


Alimlər Süd Yolu qalaktikasının ilkin nüvəsinin harda yerləşdiyini öyrəniblər..

Gaia adlı kosmik teleskop tərəfindən əldə edilmiş məlumatlar əsasında alimlər Süd Yolu qalaktikasını..


Saturnun peyki Enseladda həyat üçün münbit şərait mövcud ola bilər

Yeni kompüter modelləşdirməsi onu göstərib ki, Saturn planetinin peyklərindən biri olan Enseladda hə..

×