main-post-cover

    James Webb teleskopu 500 milyon işıq ili uzaqlığında yerləşən qalaktikanın fotosunu çəkib

    Süni İntellekt
    03.08.2022
    Farid Pardashunas
        James Webb kosmik teleskopu Yer kürəsindən 500 milyon işıq ili uzaqlığında yerləşən ESO 350-40 adlı qalaktikanın fotosunu çəkib. Sözügedən qalaktika Heykəltəraş bürcündə yerləşir və halqa formasına sahibdir. James Webb tərəfindən çəkilmiş fotoda ESO 350-40-dan əlavə olaraq ölçü baxımından ondan daha kiçik olan 2 qonşu qalaktika da əks olunub. Qeyd etmək lazımdır ki, sözügedən qalaktikaya başqa cür “Araba təkəri” də deyirlər. Onun bu cür adı əldə etməsinin əsas səbəbi formasındadır. Belə ki, onun forması araba təkərini xatırladır. Məlumata əsasən bu qalaktika öz formasını spiral formasında olmuş böyük və kiçik ölçülü qalaktika ilə yüksək sürətlə toqquşması nəticəsində əldə edib.
        Qalaktikaların yüksək sürətlə toqquşmaları öz növbəsində “Araba təkəri” qalaktikasının formasına və strukturuna təsir göstərib. Bu qalaktika 2 ədəd halqaya sahibdir və həmin halqalar toqquşma mərkəzindən doğru genişlənirlər. Bu genişlənmə bir növ su səthi üzərinə atılmış daş nəticəsində yaranmış dalğanın yayılmasına bənzəyir. Sözügedən qalaktikanın parlaq nüvəsi çoxlu miqdarda isti tozdan ibarətdir. Qalaktikanın ən parlaq sahələri isə yeni nəhəng ulduz klasterlərinin (ulduzlardan ibarət qruplaşma) yarandıqları sahələrdir. Qalaktikanın 400 milyon il ərzində genişlənən xarici halqasında ulduzların aktiv yaranmaları prosesi gedir və supernova partlayışları baş verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər