main-post-cover

    İnsanlar hətta işıq sürəti ilə belə qalaktikaların 96%-nə çata bilməyəcəklər

    Süni İntellekt
    21.10.2021
    Emil Nəcəfov
        Bigthink adlı məşhur saytın hesablamalarına əsasən əgər insanlar işıq sürəti ilə səyahət etmək imkanına sahib olsaydılar belə onlar müşahidə olunan kainatda mövcud olan qalaktikaların yalnız 6%-nə çata bilərdilər. Kainatın özü dayanmadan genişlənir və qalaktikaların çoxu bizdən artıq uzaqlaşıblar. Bu proses hələ də davam edir. Aparılmış analizə əsasən bu cür hipotetik səyahətin nə qədər vaxt almasından asılı olmayaraq insanlar qalaktikaların 94%-nə çata bilməyəcəklər. Biz Yer kürəsindən 46.1 milyard işıq ili uzaqlığında olan kosmik obyektləri müşahidə edə bilirik. Alimlərin məlumatarına əsasən kainatın müşahidə olunan hissəsi 2 trilyona yaxın qalaktikaya sahibdir.
        Lakin 14.5 milyard işıq ilindən daha uzaq məsafədə yerləşən qalaktikalar çox sürətlə uzaqlaşırlar. Müəyyən vaxtdan sonra onların uzaqlaşma sürətləri aşağı düşsələr də, yenə də həmin sürət nisbətən yüksək olaraq qalır. Hal hazırda kainatın əlçatan limiti 18 milyard işıq ili təşkil edir. Yəni əgər insanlar indi işıq sürəti ilə kosmosda səyahət etməyə başlasalar onlar bu limitə kimi olan qalaktikalara çata bilərlər. Lakin bu, kainatın müşahidə olunan hissəsində yerləşən qalaktikaların yalnız 6%-dir. Hər il böyük olmayan qalaktikaların yaranmaları üçün kifayət edən 160 milyard ulduz Yer kürəsindən çox uzun məsafələrdə uzaqlaşır. Beləliklə insanların hipotetik cəhətdən çata biləcəkləri kosmik obyektlərin sayı hər il azalır.
    Linki kopyala