main-post-cover

    Hubble teleskopu açar dəliyinə bənzəyən qeyri-adi kosmik obyekti sərgiləyib

    Süni İntellekt
    25.10.2022
    Farid Pardashunas
        Hubble kosmik teleskopu vasitəsilə əldə edilmiş fotoda NGC 1999 adlı güzgü dumanlığı (əks etdirən dumanlıq) əks olunub. Sözügedən güzgü dumanlıq Yer kürəsindən 1350 işq ili məsafəsində Orion bürcündə yerləşir. Lakin NGC 1999 adlı güzgü dumanlığının mərkəzində olan qara ləkənin nə olduğu hələ də dəqiq olaraq bilinmir. NGC 1999-un özü digər məşhur dumanlıq olan Orion dumanlığından o qədər də uzaq məsafədə yerləşmir. Orion dumanlığına gəldikdə o, yeni ulduzların kütləvi şəkildə yaranmalarının baş verdiyi Yer kürəsinə ən yaxın kosmik sahədir.
        NGC 1999 güzgü dumanlığı isə yeni ulduzun yaranmasından sonra geridə qalmış toz və qaz qalığıdır. Güzgü dumanlıqlar öz tərkiblərində olan ulduzun işığı hesabına görünürlər. NGC 1999 dumanlığında isə işığın mənbəyi rolunda V380 Orionis adlı ulduz çıxış edir. Bu ulduz 1-3 milyon il bundan öncə formalaşıb. Lakin Hubble teleskopunun təqdim etmiş fotoda əsas diqqət çəkən məqam dumanlığın mərkəzində olan qara ləkədir. Həmin qara ləkə açar dəliyini xatırladır. Hubble teleskopu bu kosmik obyektin fotosunu ilk dəfə 20 il bundan öncə çəkdiyi zaman alimlər güman etmişdilər ki, həmin qara ləkə qlobuladır.
        Qlobula astronomiyada soyuq qaz və tozdan ibarət çox sıx qara dumanlıqdır. Bu cür dumanlıqları adətən digər dumanlıqların və ya parlaq ulduzun fonunda görmək olar. Lakin növbəti illərdə alimlərin yerüstü və digər kosmik teleskoplar vasitəsilə aparmış olduqlar müşahidələr nəticəsində məlum oldu ki, qara ləkənin qlobula ilə heç bir əlaqəsi yoxdur. NGC 1999-un mərkəzində olan qara ləkə çox güman ki, kosmik boşluqdur. Yəni onun daxilində heçnə yoxdur. Güzgü dumanlığının mərkəzində sözügedən boşluğun necə yaranması isə hələ ki, bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər