Reklam
Günəş səthində böyüməkdə davam edən nəhəng ləkə güclü partlayışa səbəb olacaq

Günəş səthində böyüməkdə davam edən nəhəng ləkə güclü partlayışa səbəb olacaq

Süni zəka və Elm
22.06.2022 PAYLAŞIM

    20 iyun tarixində Günəş səthində nəhəng ləkə əmələ gəlib. 21 iyun tarixində isə onun ölçüsü 2 dəfə böyüdü və hələ də böyüməkdə davam edir. NASA-nın verdiyi məlumata əsasən Günəş səthində əmələ gəlmiş ləkə Yer kürəsinə tərəf istiqamətlənib və o, M sinifinə daxil olan partlayışlardan ən güclüsünü reallaşdıra bilər. NASA yaxın günlərdə Günəş səthində ən güclü partlayışlardan birinin olacağını gözləyir. M sinifinə daxil olan partlayışlar X sinifinə daxil olan partlayışlardan sonra ən güclü partlayışlardır. Proqnozlaşdırıla bilən bu partlayışa 9 nümrə verilib. Bu isə o deməkdir ki, o öz sinifinin ən güclü partlayışıdır. Günəş səthində baş verən partlayışlar 5 sinifə bölünür: A, B, C, MX. Hər bir sinif bir-birindən elektromaqnit şüalanma gücünə görə fərqlənir. Məsələn A sinifinə daxil olan partlayış X sinifinə daxil olan partlayışdan 50 dəfə daha zəifdir.

    Lakin əgər partlayışa M9 adı verilirsə, bu o deməkdir ki, o, X sinifinə daxil olan partlayışlar kimi güclüdür. Yeni güclü partlayış Günəş səthində yaranmış AR3038 adlı yeni ləkə tərəfindən reallaşdırılmalıdır. Sözügedən ləkənin ölçüsü diqqət çəkəcək dərəcədə böyüyüb və hələ də böyüməkdə davam edir. Həmin ləkənin Yer kürəsinə tərəf istiqamətləndiyini nəzərə alsaq, baş verəcək partlayış nəticəsində yaranacaq elektromaqnit şüalanması dəqiq şəkildə Yer kürəsinə çatacaq. Sözügedən ləkələr Günəşin çox güclü maqnit sahələrinə sahib regionlarında əmələ gəlirlər. Ləkələrdən çıxa biləcək hissəciklər axını Yer kürəsinə çatdığı zaman o, radio rabitəsində və GPS sistemlərində nasazlıqların baş verməsinə səbəb olur.


    NASA-nın verdiyi məlumata əsasən hətta bu yeni ləkə tərəfindən baş verəcək partlayış nəticəsində yaranacaq elektromaqnit şüalanması Yer kürəsinə çatsa da, o, sadəcə olaraq naviqasiya və şəbəkə təchizatlarında qısamüddətli nasazlıqlar yarada bilər. Lakin əgər bu partlayış nəhəng plazma axınlarının ifrazı ilə birlikdə baş versə, bu, Yer kürəsinin orbitində olan peyklərin sıradan çıxmalarına səbəb ola bilər. Yer kürəsinin özündə isə bu cür hadisə elektrik şəbəkələrinin zədələnmələrinə və müxtəlif elektron cihazların sıradan çıxmasına gətirib çıxardacaq. Günəş aktivliyinin bu cür artma səbəbi ondadır ki, o öz maksimumuna yaxındır. Söhbət, 11 illik Günəş dövründəki perioddan gedir. 11 illik Günəş dövrü çərçivəsində onun səthində daha çox ləkə əmələ gəlir və nəticədə partlayışların sayı artır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çinli alimlər qan damarları vasitəsilə beyin implantını keçi beyninə yerləşdiri..

Beyin implantının beyinə yerləşdirilməsi cərrahiyyə əməliyyatının keçirilməsini tələb edir və bu cür..


Kosmosun ən uzaq məsafəsinə nəzər yetirmək: James Webb teleskopu yeni rekorda ha..

12 iyul tarixində astronomiya sahəsində növbəti vacib hadisə baş verəcək.


Günəş sistemindən kənarda yerləşən planetlərdə çətin şərtlərə adaptasiya olmuş h..

İsveçrəli alimlərin fikirlərinə əsasən “həyat üçün potensial münbit şəraitə sahib ekzoplanet” anlayı..


Süd Yolu qalaktikasının ən böyük ulduzu öz həyat dövrünün sonuna yaxınlaşır..

VY Canis Majoris adlı qırmızı hipernəhəng ulduz Yer kürəsindən 3900 işıq ili uzaqlığında Böyük Köpək..


Təbii fotosintez lazım deyil: Alimlər bitkilərin tam qaranlıq mühitdə becərilməs..

ABŞ-ın Riversayd şəhərində yerləşən Kaliforniya Universitetinin alimləri bitkilərin tam qaranlıq müh..


Ayda nüvə energetikası: NASA Yer kürəsinin peykində nüvə enerqosistemini yaratma..

NASA ABŞ Energetika Nazirliyi ilə birlikdə Ayda yerüstü nüvə enerqosisteminin yaradılması layihəsi ü..

×