Google tibbi suallara daha ətraflı və düzgün cavab verə bilən süni zəka sistemini hazırlayır

Google tibbi suallara daha ətraflı və düzgün cavab verə bilən süni zəka sistemini hazırlayır

Süni zəka və Elm
16.03.2023 PAYLAŞIM

    Hər il keçirilən The Check Up adlı tədbir çərçivəsində Google şirkəti səhiyyə sahəsində maraqlı təşəbbüsünü anons edib. Belə ki, şirkətin Google Health komandası neyron şəbəkələri əsasında olan süni zəka sistemləri və machine learning texnologiyası istifadəsilə hazırlanan yeni məhsullar barəsində məlumat verib. Şirkət tərəfindən səhiyyə sahəsində hazırlanan maraqlı layihələrdən biri də Med-PaLM 2 adlı süni zəka əsaslı ixtisaslaşmış dil modelidir. Qeyd etmək lazımdır ki, sözügedən dil modelinin birinci versiyası keçən ili sonunda anons edilmişdi.

    O, tibb sahəsi ilə bağlı olan suallara yüksək keyfiyyətli cavabların təqdim edilməsi üçün nəzərdə tutulub. Bu, ABŞ-da tibbi lisenziyanın əldə edilməsi üçün nəzərdə tutulmuş testə bənzər testin suallarının 60%-dən çoxuna düzgün cavab vermiş ilk süni zəka sistemidir. Google bildirib ki, sözügedən dil modelinin ikinci versiyası olan Med-PaLM2 isə suallara ekspert səviyyəsində 85% daha dəqiq cavab verir. Bu isə süni zəka əsaslı dil modelinin ilk versiyasının sərgiləmiş olduğu göstəricidən 18% daha çoxdur.


    Məlumatda qeyd edilib ki, Google Health komandası Med-PaLM 2-nin təqdim etdiyi cavabları real həkimlərin cavabları ilə müqayisə edir. Sözügedən dil modeli vasitəsilə aparılmış testlər çərçivəsində o, sətəlcəm xəstəliyinə işarə edən faktorlar ilə bu və ya digər xəstəliyə qarşı perspektivli müalicə üsulları barəsində olmuş suallara cavablar verib. Bu dil modeli əsasında hazırlanmış bot real həkimlər kimi daha ətraflı və düzgün cavablar təqdim etsə də, bəzi hallarda səhvlərə yol verib. Google öz növbəsində mütəxəssislər ilə birlikdə Med-PaLM üzərində çalışmağa davam edəcək.



DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..

×