main-post-cover

    Facebook-un süni zəka sistemi Instagram fotoları sayəsində obyektləri təyin etməyi öyrənib

    Süni İntellekt
    07.03.2021
    Emil Nəcəfov
        Facebook şirkəti izlədiyi obyekti təyin etməyi bacaran yeni computer vision texnologiyasını yaratdığını elan edib. Yaradılmış yeni süni zəka sistemi Instagram-da hamı üçün açıq şəkildə mövcud olan 1 milyard foto vasitəsilə təlim edilib. Facebook-un verdiyi məlumata əsasən SEER adını əldə etmiş yeni sistem obyektlərin təyin edilməsi testində mövcud olan bütün alternativ süni zəka variantlarını geridə qoyub.
        Belə ki, sözügedən sistem ImageNet saytının testində 84.2%-lik dəqiqliklə təyinetmə nəticəsinə nail olub. Bu sayt süni zəka sisteminin bu və ya digər fotoda hansı obyetin əks olunduğunu təyin edə bilib-bilmədiyini yoxlayır. Facebook-un süni zəka üzrə baş mütəxəssisi olan Yann LeCun-un sözlərinə əsasən ideyanın əsas məğzi balaca uşaq kimi öyrənməyi bacaran süni zəka sisteminin yaradılmasındadır.
        Söhbət, müşahidə və obyektlər arasındakı əlaqənin zehni modelinin yaradılmasından gedir. Bunun üçün SEER bütöv şəkildə olan çoxlu sayda fotonu, onların ayrı-ayrı hissələrini və oxşar fotoları analiz edib. Nəticədə süni zəka fotoların ayrı-ayrı hissələri əsasında məlumatların təyin edilməsini öyrənə bilib. LeCun-un sözlərinə əsasən SEER-in növbəti inkişaf mərhələsi çərçivəsində süni zəka video və mətn üzrə təyinetmə üsullarını öyrənəcək. Facebook bildirib ki, SEER-in tərkibinə daxil olan alqoritm ilə proqram təminatı hamıya open source şəklində açıq olacaq.
    Linki kopyala