Reklam
Ən qədim qalaktikalarda yeni ulduzların yaranmamalarının səbəbi məlum olub

Ən qədim qalaktikalarda yeni ulduzların yaranmamalarının səbəbi məlum olub

Süni zəka və Elm
02.06.2022 PAYLAŞIM

    Qalaktika ölən zaman onun daxilində ulduzların yaranma prosesi dayanır, mövcud olan ulduzlar isə tədricən sönürlər. Nəticədə həmin qalaktika öz parlaqlığını itirir və astronomlar üçün demək olar görünməz olur. Alimlər düşünürlər ki, qalaktikalarda yeni ulduzların yaranmamalarının səbəbi həmin qalaktikaların mərkəzlərində olan super kütləli qara dəliklər ilə bağlıdır. Süd Yolu qalaktikasında aktiv şəkildə olmasa da, yeni ulduzların yaranma prosesi hələ də davam edir. Lakin elə elliptik qalaktikalar mövcuddur ki, onların daxillərində yeni ulduzların yaranma prosesi çoxdan dayanıb. Bu cür qalaktikalar uzun dövr ərzində tədricən ölürlər. Sözügedən qalaktikalarda yeni ulduzların yaranma prosesinin dayanmasının necə baş verdiyi barəsində dəqiq bir məlumat yoxdur. Lakin alimlərin aparmış olduqları yeni tədqiqata əsasən bu, super kütləli qara dəliklər ilə bağlıdır.

Alimlər ən güclü teleskoplar vasitəsilə Yer kürəsindən 9.5-12.5 milyard işıq ili məsafəsində yerləşən ən qədim elliptik qalaktikalar barəsində məlumatlar əldə ediblər. Söhbət, kainatın ilkin mərhələlərində yaranmış qalaktikalardan gedir.

    İlk öncə alimlər qalaktikaları iki qrupa bölüblər. Birinci qrupa yeni ulduzların yaranma prosesinin dayandığı qalaktikalar, ikinci qrupa isə bu prosesin hələ davam etdiyi qalaktikalar daxil olublar. Bundan əlavə olaraq alimlər super kütləli qara dəliklərin aktivliklərini də analiz ediblər. Tədqiqatçılar düşünürlər ki, öz ətraflarındakı maddəni udan bu nəhəng super kütləli qara dəliklər qalaktikalardakı yeni ulduzların yaranma prosesinin dayanmasına səbəb olan kosmik obyektlərdir. Qara dəlik ətrafındakı maddəni udan zaman güclü şüalanma baş verir və həmin şüalanma kosmosa yayılır. Bundan əlavə olaraq qara dəliklər axın şəklində çox güclü plazma ifraz edirlər və həmin axın demək olar işıq sürəti ilə kosmik məkanda yayılır.


Aktiv qara dəliklər həmçinin qalaktika üzrə yayılan güclü küləklər yaradırlar. Alimlər hesab edirlər ki, qara dəlik tərəfindən ifraz edilən şüalanma, güclü plazma axınları və küləklər soyuq molekulyar qazı qızdıraraq onu itələyə bilirlər. Yeni ulduzlar da məhz həmin soyuq molekulyar qaz hesabına yaranırlar.

    Lakin ən qədim qalaktikaların mərkəzlərində olan qara dəliklərin nə dərəcədə aktiv olduqlarını öyrənmək üçün alimlər rentgen radiosiqnalları ayırıblar. Bu siqnallar nə dərəcədə güclüdürlərsə, qara dəlik bir o qədər aktivdir. Alimlər aşkar ediblər ki, yeni ulduzların yaranma prosesinin dayanmış olduğu qalaktikalarda aktiv super kütləli qara dəlik mövcuddur. Belə ki, rentgen və radiosiqnallar daha güclü olublar. Lakin yeni ulduzların yaranma prosesinin hələ davam etdiyi qalaktikalarda sözügedən siqnallar zəif olublar. Astronomlar düşünürlər ki, aktiv super kütləli qara dəliklərin, qədim qalaktikaların ani ölümləri prosesində böyük rol oynamaları ehtimalı çox yüksəkdir. Növbədə isə alimlər bu cür prosesin detallı fizikasını öyrənməlidirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qara dəliklər partlaya bilirlərmi?

Qara dəliklər çox böyük kütləyə sahib kosmik obyektlərdir və onlar öz ətraflarında olan akresiya dis..


NASA-nın kosmik aparatı uğurlu şəkildə asteroidlə toqquşub (VİDEO)

Tarixdə ilk dəfə insan əli ilə hazırlanmış kosmik aparat asteroid ilə toqquşub.


NASA-nın kosmik aparatı gecə saatlarında asteroidlə toqquşacaq (VİDEO)

NASA-nın Double Asteroid Redirection Test (DART) adlı missiyası artıq final mərhələyə yaxınlaşır...


NVIDIA-nın süni zəka alqoritmi virtual dünyalar üçün sürətli şəkildə obyektlər v..

NVIDIA şirkəti GET3D adlı süni zəka modeli barəsində danışıb. Sözügedən süni zəka modeli virtual 3D ..


Alimlər Süd Yolu qalaktikasının ilkin nüvəsinin harda yerləşdiyini öyrəniblər..

Gaia adlı kosmik teleskop tərəfindən əldə edilmiş məlumatlar əsasında alimlər Süd Yolu qalaktikasını..


Saturnun peyki Enseladda həyat üçün münbit şərait mövcud ola bilər

Yeni kompüter modelləşdirməsi onu göstərib ki, Saturn planetinin peyklərindən biri olan Enseladda hə..

×