main-post-cover

    Elon Musk süni zəka sahəsində fəaliyyət göstərəcək yeni şirkətini təsis edib

    Süni İntellekt
    17.04.2023
    Farid Pardashunas
        Keçən ilin sonunda generativ süni zəka texnologiyalarının sürətlə inkişaf etmələrinə start vermiş OpenAI şirkətinin biznesinin də eyni sürətlə irəli getməsi öz növbəsində Elon Musk-ı bu sahədə fəaliyyət göstərəcək yeni fərdi şirkətini təsis etməsinə məcbur edib. Rəsmi sənədlərdəki məlumatlara əsasən Musk ABŞ-ın Nevada ştatında X.AI Corp. adlı şirkəti qeydiyyatdan keçirdib. Şirkətin adı isə onun fəaliyyət növünə dolayı yolla işarə edir. Keçən həftə məlum oldu ki, X Corp. adlı şirkət Twitter Inc.-i öz tərkibinə daxl edib. Yəni faktiki olaraq Twitter bir şirkət kimi ləğv edilib. Hüquq üzrə mütəxəssislərin sözlərinə əsasən Nevada ştatının qanunları Delaver ştatının qanunlarından fərqli olaraq biznes sahibkarlarına daha yaxşı qorunma imkanlarını təqdim edir.
        Qeyd etmək lazımdır ki, Twitter daha öncə şirkət kimi Delaver ştatında qeydiyyatdan keçirilmişdi. X Corp.-un ana strukturunun adı X Holdings Corp. adlanır. Lakin X.AI Corp.-un onlarla necə əlaqəli olduğunu söyləmək çətindir. Məlumatda qeyd edilib ki, Musk X.AI Corp.-un yeganə direktoru, onun ailəsinin işləri ilə məşğul olan Jared Birchall adlı şəxs isə şirkətin nominal rəhbəri kimi qeyd edilib. Jared Birchall həmçinin Musk tərəfindən təsis edilmiş Neuralink şirkətinin rəhbəri kimi də çalışır. 2018-ci ildə Musk OpenAI şirkətindən ayrılmışdı. Belə ki, Musk ilə OpenAI şirkətinin hal hazırki rəhbəri Sam Altman arasında fikir ayrılığı var idi. Musk bir neçə müddət bundan öncə Igor Babushkin adlı şəxsi öz tərəfinə çəkmişdi.
        Qeyd etmək lazımdır ki, sözügedən şəxs süni zəka sahəsində çalışan mütəxəssisdir və o daha öncə Alphabet holdinqinin (Google) süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı laboratoriyasında çalışıb. Bununla yanaşı Musk OpenAI şirkətinin bir neçə əməkdaşını da özünə tərəf çəkməyə çalışıb. Buna görə də Musk-ın fərdi süni zəka sistemini yaratmaq istəyini inkar etmək qəliz məsələdir. Bu cür süni zəka sistemi həmçinin Tesla-nın geniş elektromobil portfoliosunu və onun yaxın gələcəkdə satışa çıxaracağı insana bənzər robotları idarə etmək üçün lazımdır. Digər tərəfdən Musk-ı bu texnologiyanın digər tətbiq sahələri də maraqlandıra bilər. Buna misal olaraq Twitter-i gətirmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər