Elon Musk süni zəka əsaslı ChatGPT-nin alternativini yaratmağı planlaşdırır

Elon Musk süni zəka əsaslı ChatGPT-nin alternativini yaratmağı planlaşdırır

Süni zəka və Elm
28.02.2023 PAYLAŞIM

    Verilmiş məlumata əsasən Elon Musk OpenAI şirkətinin son zamanlar böyük məşhurluq qazanmış süni zəka əsaslı ChatGPT çat-botunun alternativini yaradacaq komandanı formalaşdırmağa başlayıb. Bu mövzunun ən maraqlı tərəfi ondadır ki, vaxtı ikən OpenAI şirkətinin təsis edilməsində həmçinin Musk-ın özü də iştirak etmişdi. Lakin daha sonra Musk şirkətin direktorlar şurasından çıxdı və hal hazırda o, OpenAI ilə əlaqəli deyil. The Information saytının vermiş olduğu məlumata əsasən Elon Musk ChatGPT-nin alternativi üzərində çalışacaq komandanın formalaşdırılması məsələsində Igor Babushkin adlı şəxəs təklif göndərib.

    Qeyd etmək lazımdır ki, Igor Babushkin süni zəka sahəsində fəaliyyət göstərən tədqiqatçıdır və o, bir neçə müddət bundan öncə Google şirkətinin sahibi olan Alphabet holdinqinə məxsus DeepMind AI laboratoriyasında çalışıb. Musk isə öz növbəsində ona süni zəka sahəsində çalışacaq yeni komandanın formalaşdırılması təklifini edib. Əlavə olaraq məlumatda qeyd edilib ki, Musk ilə Babushkin komandanın formalaşdırılması mövzusunu müzakirə ediblər. Lakin bu layihə hələ erkən mərhələdədir. Bundan əlavə olaraq potensial komandanın süni zəka sahəsində konkret olaraq hansı məhsullar üzərində çalışacağı da bilinmir. The Information saytı blldirib ki, Babushkin-in sözlərinə əsasən o, rəsmi olaraq bu layihəyə hələ qoşulmayıb. Qeyd etmək lazımdır ki, Musk OpenAI şirkətini Sam Altman ilə birlikdə 2015-ci ildə təsis edib və 2018-ci ilə kimi şirkətin sədri vəzifəsində çalışıb. Lakin daha sonra Musk şirkətdən ayrılıb.




DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..

×