Elon Musk SpaceX-in insanları Marsa neçə ildən sonra çatdıracağını açıqlayıb

Elon Musk SpaceX-in insanları Marsa neçə ildən sonra çatdıracağını açıqlayıb

Süni zəka və Elm
30.12.2021 PAYLAŞIM

    SpaceX şirkətinin rəhbəri Elon Musk-ın proqnozlarına əsasən ən pis ehtimalda Starship raketi insanları Mars planetinə 10 ildən sonra çatdıra biləcək. Lakin əgər hər şey yolunda və plan üzrə getsə, insanların Mars səthinə ayaq basmaları artıq bu onillikdə reallaşacaq. Bu həftə Musk Lex Fridman-ın podkastında iştirak etmişdi və o, müxtəlif mövzular ətrafında fikirlərini söyləmişdi. Podkastın aparıcısı Lex Fridman Musk-dan SpaceX şirkətinin insanları nə zaman Mars planetinə endirəcəyi sualını verdi. Musk isə 20 saniyəlik fasilədən sonra belə bir cavab verib.

    “Ən yaxşı halda təqribi olaraq 5 il, ən pis halda isə 10 ildən sonra”. Musk öz növbəsində kosmik gəminin layihələşdirilməsinin əsas faktorları barəsində məlumat verən zaman qeyd edib ki, Starship indiyənə kimi insanlar tərəfindən hazırlanmış raketlər arasında ən qəliz və təkmilləşdirilmiş olanıdır. O həmçinin bu məsələdə xərclərin aşağı salınmasının vacibliyini də qeyd edib. “Hal hazırda heç kim 1 trilyon dollar müqabilində Marsa uça bilməz. Hal hazırda heç bir məbləğdə pul sizə Marsa bilet almağa imkan verə bilməz” - deyə Musk qeyd edib.


    İndiyənə kimi Musk insanları Marsa göndərmək məsələsi ilə bağlı müxtəlif zaman intervallarını açıqlayıb. Hələ bu ilin fevral ayında o bildirmişdi ki, SpaceX Starship vasitəsilə ilk insanları 5 ildən sonra Marsa çatdıra biləcək. Mart ayında isə o qeyd etmişdi ki, ilk insanlar Marsa 2030-cu ildən daha tez ayaq basacaqlar. Bu məsələdə mütəxəssislərin fikirləri Musk-ın proqnozlarından tamamilə fərqlənirlər. Mütəxəssislər düşünürlər ki, bunun üçün Musk-a daha çox vaxt lazım olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Orion kosmik gəmisi Artemis-1 missiyası çərçivəsində növbəti rekorduna imza atıb..

Keçən həftənin sonunda Orion kosmik gəmisi Artemis-1 missiyası çərçivəsində növbəti rekorduna imza a..


NASA: ‘İnsanlar artıq bu onilliyin sonuna kimi Ayda daimi şəkildə məskunlaşa bil..

NASA-nın Artemis adlı Ay proqramına rəhbərlik edən mütəxəssis Howard Hu-nun sözlərinə əsasən insanla..


Meta-nın elmi süni zəka sistemi istifadəyə veriləndən 48 saat sonra deaktiv edil..

Meta şirkətinin Meta AI şöbəsinin mühəndisləri Galactica adlı süni zəka sistemini yaradıblar...


Orion kosmik gəmisi Ay səthinin yeni fotolarını göndərib

NASA-nın Artemis 1 Ay missiyası çərçivəsində Ay ətrafı uçuş səyahətini reallaşdıran Orion adlı kosmi..


James Webb teleskopu tarixdə ilk dəfə ekzoplanetin atmosferini detallı şəkildə a..

Görünür, WASP-39b adlı ekzoplanet Günəş sistemindən kənarda ən detallı şəkildə müşahidə edilmiş plan..

×