Elon Musk Mars planetinin terraformalaşdırılmasından və orda olacaq ilk yaşayış şəhərindən danışıb

Elon Musk Mars planetinin terraformalaşdırılmasından və orda olacaq ilk yaşayış şəhərindən danışıb

Süni zəka və Elm
23.11.2020 PAYLAŞIM

    Elon Musk artıq uzun illərdir ki, Mars planetində insan koloniyasının yaradılması planını nəzərdən keçirdir. Bir neçə müddət bundan öncə pərəstişkarları ilə söhbət edən zaman o, Marsda olacaq ilk şəhər barəsində təsəvvürlərini təqdim edib. Bu barədə Futurism.com saytı xəbər verib. İlk öncə Musk bildirib ki, Marsda olacaq ilk sakinlər şüşə materialdan hazırlanacaq böyük günbəzin daxilində yaşayacaqlar. Daha sonra o, terraformalaşdırma prosesi barəsində danışıb.

    Onun sözlərinə əsasən gələcəkdə Mars planetinin səthi Yer kürəsində olduğu kimi həyat üçün münbit şəraitə çevriləcək. Lakin, bu, Marsa yollanacaq ilk insanların yaşadıqları bir dövrdə reallaşmayacaq. “Terraformalaşdırma çox ləng gedən bir prosesdir və biz onun nəticələrini görməyəcəyik. Lakin biz ən azından bunun təməlini yarada bilərik. Hər halda gələcək kosmik sivilizasiya bu xarabalıqları aşkar edərək təəccüblənəcək ki, insanlar bu qədər inkişaf edə biliblər” - deyə Musk qeyd edib.


    Bir sıra nəzəriyyəyə əsasən Mars planetinin səthini münbit şəraitə çevirmək üçün onun səthini hər gün 3500 ədəd nüvə silahı ilə bombalamaq lazımdır. Bu isə öz növbəsində atmosfer təzyiqini yüksəldərək Marsın qütblərində olan buzlaqları əridəcək və parnik effektini yaradacaq. Lakin bu halda radioaktiv şüalanma probleminin həlli hələki bilinməz olaraq qalır. Təbii ki, bu, çox gələcək zamanların perpektivləridir. Lakin Musk bildirib ki, 2024-cü ildə Marsa ilk kosmik raket göndəriləcək. 2050-ci ilə kimi isə Marsda yaşayacaq insanların sayı milyona çatacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qlobal istiləşmənin yeni təhlükəsi xroniki böyrək xəstəlikləri epidemiyasıdır..

Həkimlərin sözlərinə əsasən temperaturun qlobal yüksəlişi yaxın onilliklər ərzində davam etsə, yüksə..


İnsanlar hətta işıq sürəti ilə belə qalaktikaların 96%-nə çata bilməyəcəklər..

Bigthink adlı məşhur saytın hesablamalarına əsasən əgər insanlar işıq sürəti ilə səyahət etmək imkan..


Çinin Aydakı avtonom stansiyası Ay torpağından oksigen əldə edə bilib

“Chang’e 5” missiyası çərçivəsində Çinin planetlərarası avtomatik stansiyası Ay torpağından oksigen ..


Çinin yeni radioteleskopu rekord sayda təkrarlanmış radioşüalanmaları müşahidə e..

Çinin 500 metr ölçüsündə olan FAST adlı yeni radioteleskopu müşahidə olunan ən aktiv və sürətli radi..


Kainatın ən qorxunc sahələri: Kosmik boşluqlar nədir?

Kosmik boşluqlar (void) qalaktik bağlar arasında olan geniş sahələrdir və bu sahələrdə qalaktikalar,..

×