Elon Musk-ın sözlərinə əsasən Marsa uçuş biletinin qiyməti çox insanın cibinə uyğun gələ bilər

Elon Musk-ın sözlərinə əsasən Marsa uçuş biletinin qiyməti çox insanın cibinə uyğun gələ bilər

Süni zəka və Elm
19.04.2022 PAYLAŞIM

    Elon Musk bildirib ki, SpaceX-in kosmik gəmisi vasitəsilə Marsa yollanmaq üçün nəzərdə tutulmuş uçuş biletinin hipotetik 100.000$ qiyməti Yer kürəsi əhaləsinin böyük hissəsinin cibinə uyğun olmalıdır. “Əgər Marsa köçməyin qiyməti 100.000$ təşkil edirsə, mən düşünürəm ki, istənilən şəxs çalışaraq bu məbləği yığa bilər. Biz bunu hamı üçün əlçatan etmək istəyirik” - deyə Musk qeyd edib. Aydındır ki, Musk tərəfindən qeyd edilmiş qiymət göstəricisi Marsa köçmək üçün insanların Yer kürəsindəki bütün əmlaklarını satmalarına işarə edir.

    Musk həmçinin digər maliyyələşdirmə variantlarını da səsləndirib. Buna misal olaraq dövlət proqramlarını və xüsusi kreditin əldə olunmasını gətirmək olar. Xüsusi kreditin əldə edilməsi halında bu və ya digər şəxs əldə edilmiş kredit məbləğini digər planetə köçmək üçün istifadə edə bilər. Hələ bir neçə il bundan öncə Musk Marsa uçuş və qayıdışı 100.000-500.000$ dəyərində qiymətləndirmişdi. 2020-ci ildə isə o, yaxın 10 il ərzində 1000 ədəd kosmik gəmi inşa etmək planını elan etmişdi. Bunun sayəsində 2050-ci ilə kimi 1 milyon insanı Marsa köçürtmək mümkün olacaq. Onlar isə öz növbələrində Mars səthində avtonom şəhərin inşasını reallaşdıracaqlar. Bir neçə müddət bundan öncə isə Musk qeyd etmişdi ki, Marsa ilk insanlar artıq 2029-cu ildə ayaq basa bilərlər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


OpenAI ChatGPT tərəfindən tərtib edilən mətnləri təyin edə biləcək sistem üzərin..

Olduqca qəliz mətnlər tərtib etməyi bacaran süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı OpenAI ş..


Google ChatGPT-nın potensial rəqibi ola biləcək süni zəka əsaslı yeni çat-botunu..

Verilmiş məlumata əsasən Google şirkəti süni zəka əsaslı yeni çat-botlarını test edir.


Amerikalı konqresmen öz çıxışı zamanı ChatGPT tərəfindən tərtib edilmiş mətndən ..

Keçən həftə konqresmen Jake Auchincloss ABŞ Nümayəndələr Palatasında çıxış edib.


Google mətnli təsvir əsasında istənilən janrda musiqi tərtib edən süni zəka əsas..

Google şirkəti süni zəka əsaslı MusicLM adlı alqoritmini təqdim edib. Sözügedən alqoritm istənilən j..


ChatGPT dünyanın ən yaxşı biznes məktəblərindən birində buraxılış imtahanından u..

OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun dərs tapşırıqlarının yerinə yetirilməsində is..

×