main-post-cover

    Depressiyadan müalicə üçün ilk dəfə olaraq pasientin beyninə implant yerləşdirilib

    Süni İntellekt
    12.01.2023
    Farid Pardashunas
        Elon Musk-ın Neuralink şirkəti öz beyin implantlarının insanlar üzərində testlərinə yaxın aylar ərzində start verəcəyi bir vaxtda Inner Cosmos adlı neyrotexnoloji şirkət depressiyadan müalicə üçün nəzərdə tutulmuş beyin implantının ilk pasientin beyninə uğurla inteqrasiya etdiyini elan edib. Inner Cosmos şirkətinin beyin implantı iki hissədən ibarətdir. Birinci hissə elektroddan təşkil olunub və o, cərrahiyyə əməliyyatı vasitəsilə insan kəlləsinin daxilinə yerləşdirilir. İkinci hissə isə xüsusi kapsuldan ibarətdir və o, başa xaricdən bərkidilir. Kiçik qəpik ölçüsündə olan bu beyin implantı beynin depressiyaya məruz qalan sahəsinə kiçik elektrik impulsları göndərir. Bu proses hər gün bir dəfə 15 dəqiqə ərzində davam edir.
        Başa xaricdən bərkidilən kapsul öz növbəsində çalışaraq beynin neyron aktivliyini ölçür. Neyron aktivliyinin ölçülməsi hesabına implant beynin depressiyaya məruz qalan sahəsinə ötürülən elektrik impulslarının həcmini təyin edir. Günün digər vaxtlarında isə pasientin başa xaricdən bərkidilən cihazdan istifadə etməsinə ehtiyac yoxdur. ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərindən olan pasient Inner Cosmos şirkətinin bu implantının testində iştirak edən ilk pasientdir. O, sözügedən implantdan 1 il ərzində istifadə etməlidir. Bu cür texnologiya öz növbəsində psixi sağlamlıqda olan problemlərin psixologiya kimi ənənəvi üsullarla deyil, hardware səviyyəsində olan üsullarla müalicə etməyə imkan verən elmi sahədə yeni dövrün başlamasına gətirib çıxara bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər