Daxilində nüvə sintezi prosesinin getdiyi yeni ekzoplanet kəşf edilib

Daxilində nüvə sintezi prosesinin getdiyi yeni ekzoplanet kəşf edilib

Süni zəka və Elm
24.01.2023 PAYLAŞIM

    Alimlər Avropanın Gaia adlı kosmik teleskopu vasitəsilə yeni ekzoplanet kəşf ediblər. Kəşf edilmiş ekzoplanetin əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, onun daxilində nüvə sintezi gedir. Sözügedən ekzoplanet Yer kürəsindən 130 işıq ili uzaqlığında yerləşən HD 206893 adlı ulduzdan 483 milyon km aralıda olan orbitdə aşkar edilib. Məlumatda qeyd edilib ki, HD 206893 adlı ulduz bizim Günəşdən 30% daha böyükdür. Məlumdur ki, bu ulduz protoplanet diskinə (cavan ulduzun ətrafında dövr edən və sıx qazdan ibarət olan disk) sahibdir. Bu isə o deməkdir ki, onun ətrafında planetlər hələ formalaşma prosesindədirlər. Avropa Kosmik Agentliyinə məxsus olan Gaia adlı kosmik teleskop ulduzlu səmanın dəqiq müşahidəsini aparmağa imkan verir və ilk növbədə qalaktikanın 3D modelinin yaradılması üçün nəzərdə tutulub.

    Gaia tərəfindən əldə edilmiş məlumatlardan istifadə edərək alimlər Çilidə yerləşən Very Large Telescope adlı teleskop kompleksinin sahib olduğu GRAVITY adlı aləti işə salıblar. Onlar bunu sözügedən ulduz sistemində yeni ekzoplanetin mövcud olub-olmadığını təsdiqləmək üçün ediblər. Nəticədə yeni ekzoplanetin mövcudluğu təsdiqlənib və ona HD 206893c adı verilib. Alimlərin aparmış olduqları müşahidələr çərçivəsində həmçinin ekzoplanetin atmosferinin işıq spektri analiz edilib. Nəticədə alimlər güman ediblər ki, ekzoplanetin daxilində deyteriumun (hidrogen izotoplarından biri) iştirakı ilə nüvə sintezi gedir. Məlumatda qeyd edilib ki, HD 206893c adlı yeni ekzoplanetin kütləsi Yupiterin kütləsindən 13 dəfə daha böyükdür.


    Onun nəhəng ölçüsü və daxilində nüvə sintezinin getmə faktı ona işarə edir ki, o, planet və qəhvəyi cırtdan sinifinə daxil olan ulduz arasındakı aralıq mərhələsindədir. Bu cür obyektlər adətən adi ulduz kimi formalaşırlar. Lakin onların kütlələri onları adi ulduzlar sinifinə daxil etmək üçün kifayət qədər böyük olmurlar. Bu kəşf onu göstərir ki, Gaia teleskopu potensial ekzoplanetlərin aşkar edilməsi imkanına sahibdir. Daha sonra bu cür kosmik obyektlər James Webb kosmik teleskopu kimi digər teleskoplar vasitəsilə daha detallı şəkildə analiz edilə bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amerikalı konqresmen öz çıxışı zamanı ChatGPT tərəfindən tərtib edilmiş mətndən ..

Keçən həftə konqresmen Jake Auchincloss ABŞ Nümayəndələr Palatasında çıxış edib.


Google mətnli təsvir əsasında istənilən janrda musiqi tərtib edən süni zəka əsas..

Google şirkəti süni zəka əsaslı MusicLM adlı alqoritmini təqdim edib. Sözügedən alqoritm istənilən j..


ChatGPT dünyanın ən yaxşı biznes məktəblərindən birində buraxılış imtahanından u..

OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun dərs tapşırıqlarının yerinə yetirilməsində is..


OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun pullu versiyasını test etməy..

Süni zəka əsaslı ChatGPT çat-botunun bəzi isitfadəçiləri bildiriblər ki, OpenAI şirkəti onlara ChatG..

×