main-post-cover

    DALL-E adlı neyron şəbəkə məşhur rəsm əsərlərinə əlavə vizual effektlər əlavə etməyi öyrənib

    Süni İntellekt
    12.09.2022
    Emil Nəcəfov
        Süni zəka sahəsində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı OpenAI özünün DALL-E adlı neyron şəbəkəsinə outpointing funksiyasını əlavə edib. Sözügedən funksiya sayəsində DALL-E bu və ya digər rəsm əsərinin ilkin üslubunda konsepsiyalar düşünürək mövcud rəsm əsərlərinə yeni vizual effektləri əlavə edir. Bu halda insandan sadəcə olaraq süni zəkanın təxəyyülü üçün uyğun ola biləcək sözlərin daxil edilməsi tələb olunur. Hollandiyalı rəssam Yan Vermeer-in “Mirvari sırğalı qız” adlı məşhur rəsm səri misalında DALL-E alqoritmi orijinal portretin xaricində nələrin mövcud ola biləcəyini əks etdirib.
        Hətta portret tərəfindən təqdim edilmiş məhdud sayda məlumat sayəsində də alqoritm Yan Vermeer-in müəyyən edilmiş üslubundan kənara çıxmayaraq orijinal portretin sərhədlərini genişləndirib. DALL-E-nin outpointing adlı funksiyası vasitəsilə əldə edilmiş digər işləri aşağıda təqdim edilmiş fotolarda görmək olar. Mətnləri təsvirlərə çevirə bilən süni zəka modelləri daha öncə də rəsmləri tamamlamağı bacarırdılar. Lakin DALL-E-nin bu funksiyanı əldə etməsindən öncə insanlar süni zəka modelləri sayəsində bunun üçün çoxlu cəhdlər sərf edirdilər. Prosesin bu cür sadələşdirilməsinə imkan verən funksiya öz növbəsində DALL-E-ni digər süni zəka modellərindən fərqləndirməyə şərait yaradacaq.
    Linki kopyala