main-post-cover

    Çinlilər digər analoqlardan 10 dəfə daha güclü olan yeni neyron şəbəkəsi yaradıblar

    Süni İntellekt
    03.06.2021
    Emil Nəcəfov
        Süni zəka üzrə Pekin Akademiyasının mütəxəssisləri Wu Dao 2.0 adlı generativ deep learning neyron şəbəkəsini yaratdıqlarını elan ediblər. Yaradılmış yeni neyron şəbəkəsi rekord özəlliklərə sahibdir. Məlumatda qeyd olunub ki, onun gücü OpenAI GPT-3Google Switch Transformers kimi neyron şəbəkələrindən daha böyükdür. Bu barədə Engadget saytı xəbər verib. Neyron şəbəkələrinin gücləri mövcud olan təlim parametrlərinin sayı ilə təyin olunur. Yəni bu, neyron şəbəkənin öz işində istifadə edə biləcəyi faktorların sayıdır.
        Sadə bir misal: y=ax+b xətti tənliyində ab dəyişənləri parametrlər qismində çıxış edirlər. Tənliyin həlli məhz onlardan asılıdır. Neyron şəbəkə isə nə qədər çox sayda parametrdən istifadə edərsə, o, bir o qədər daha ağıllı olar və onun işinin nəticələri bir o qədər daha dəqiq olarlar. OpenAI təşkilatı tərəfindən yaradılmış GPT-3 adlı neyron şəbəkəsi 175 milyard parametrdən istifadə edir. Bu cür güc sayəsində o, mənalı mətnlər tərtib edə və musiqi ilə tətbiq kodu yarada bilər.
        Wu Dao 2.0 adlı neyron şəbəkəsinin istifadə etdiyi parametrlərin sayı isə 1.75 trilyondan çoxdur. Başqa sözlə desək, o, GPT-3-dən 10 dəfə daha güclüdür. Çinlilərin yaratdıqları bu yeni neyron şəbəbə ilə yalnız Google Switch Transformers rəqabət apara bilər. Belə ki, o, 1.6 trilyon parametrə sahibdir. Google şirkətinin neyron şəbəkəsi hər hansı bir mətndə buraxılmış sözləri təyin edə və insanların suallarına təbii cavablar tərtib edə bilər. Wu Dao 2.0 çoxlu sayda müxtəlif tapşırığın öhdəsindən gələ bilər.
        O, esselər, şeirlər, ənənəvi çin dilində qoşmalar, yemək reseptləri yarada, təsvirləri təyin edərək onları sözlərlə ifadə, nitqi imitasiya edə və züllaların üçölçülü strukturlarını öncədən təyin edə bilər. Wu Dao 2.0-ın təlimatlandırılması üçün alimlər ümumilikdə 5 TB (terabayt) həcmdə olan müxtəlif təsvirlər ilə mətnlərdən istifadə ediblər. Bundan əlavə olaraq onlar çin və ingilis dilində mətnlərdən ibarət olan ümumi 1.2 TB-lıq məlumatlardan da istifadə ediblər. Artıq 22 şirkət bu yeni neyron şəbəkəsi barəsində maraqlanır. Onların arasında Xiaomi də var. 
    Linki kopyala