main-post-cover

    Çinlilər 2027-ci ilə kimi Ayda tədqiqat bazasını inşa etməyi planlaşdırırlar

    Süni İntellekt
    02.01.2022
    Emil Nəcəfov
        NASA Artemis” adlı missiya çərçivəsində insanların Aya geri dönüşlərini bilinməyən zamana kimi təxirə saldığı bir vaxtda çinlilər Yer kürəsinin peykində tədqiqat stansiyasının yaradılması prosesini sürətləndiriblər. Güman olunur ki, artıq bu onilliyin sonuna kimi çinlilər Ayda ilk tədqiqat stansiyasını inşa edəcəklər. İlk əvvəl “Chang’e-8” adlı missiya çərçivəsində Ay bazasının yaradılması 2035-ci ilə planlaşdırılırdı. Lakin sözügedən layihənin reallaşdırılma prosesinin sürətləndirilməsi qərarı qəbul edilib. Yeni plana əsasən Ayda tədqiqat bazası artıq 2027-ci ilə kimi inşa edilməlidir. Yer kürəsinin peykinin mənimsənilməsi üçün artıq mobil tədqiqat stansiyası yaradılır. Gözləntilərə əsasən hazırlanan mobil tədqiqat stansiyası 1000 km yol qətt edə biləcək.
        Bundan əlavə olaraq Ay üçün nəzərdə tutulmuş bazanın inşası və xidməti üçün 3D çap texnologiyalarının araşdırılması da reallaşdırılır. Məlumatda qeyd edilib ki, bu proseslər üçün Aydakı mövcud materiallardan istifadə ediləcək. Enerji mənbəyi kimi isə nüvə qurğusundan istifadə ediləcək. “Artemis” missiyasından fərqli olaraq Çinin Ay proqramı çərçivəsində Ay bazalarının Ay mağaralarında yaradılmasına əsaslanır. Bu halda bu cür bazalar meteoritlərdən kosmik radiasiyadan qoruna biləcəklər. NASA isə öz Ay bazasını peykin səthində inşa etməyi planlaşdırır.
        Bundan əlavə olaraq çinlilər müəyyən müddətlik istifadə üçün nəzərdə tutulmuş orbital Ay stansiyasının yaradılması ideyasından imtina ediblər. NASA isə bu cür orbital Ay stansiyasının yaradılmasını əksinə planlaşdırır. Çinlilərin planlarına əsasən astronavtlar birbaşa Aya göndəriləcəklər. Bu halda isə orbital Ay stansiyasına ehtiyac qalmır. Ayda baş verən aktivliklərin son araşdırılması onu göstərib ki, Yer kürəsinin peykində vulkan püskürmələri mümkündür. Daimi bazanın mövcud olacağı yerin seçilməsi zamanı isə bu faktor ciddi şəkildə nəzərə alınmalıdır. Çin 2050-ci ildə Rusiya kimi dövlətlərlə əməkdaşlıq edərək Ayda liderlik mövqelərini əldə etməyi planlaşdırır.
    Linki kopyala