Reklam
Çinli alimlər qan damarları vasitəsilə  beyin implantını keçi beyninə yerləşdiriblər

Çinli alimlər qan damarları vasitəsilə beyin implantını keçi beyninə yerləşdiriblər

Süni zəka və Elm
30.06.2022 PAYLAŞIM

    Beyin implantının beyinə yerləşdirilməsi cərrahiyyə əməliyyatının keçirilməsini tələb edir və bu cür əməliyyat pasientin səhhəti və sağlamlığı üçün ciddi risk deməkdir. Eyni zamanda elm və mühəndislik sahəsi elə bir istiqamətdə gedir ki, səhiyyə sahəsi və hətta kompüterlərlə qarşılıqlı əlaqə prosesi də beyin implantlarının irimiqyaslı şəkildə insan beyninə inteqrasiyasını tələb edəcəklər. Bu vəziyyətdən çıxış yolu isə kəllə sümüyü üzərində cərrahiyyə əməliyyatı keçirtmədən beyin sensorlarının qan damarları vasitəsilə inteqrasiyası texnologiyaları ola bilər. Bu ilin fevral ayında Elon Musk-ın Neuralink şirkəti ciddi tənqidlə qarşılaşmışdı. Belə ki, şirkət heyvanlara qarşı qəddarlıqda günahlandırılmışdı. Buna səbəb isə Musk-ın bəyanatı olmuşdu.

    Musk bildirmişdi ki, şirkətin beyin implantları ilə bağlı təcrübələrində iştirak etmiş 8 meymunun həyatına məcburi şəkildə son qoymaq lazımdır. Heç istisna deyil ki, bu cür nəticəyə səbəb şirkət tərəfindən meymunlar üzərində keçirilmiş cərrahiyyə əməliyyatları olub. Cərrahiyyə əməliyyatına alternativ kimi beyin implantlarının qan damarları vasitəsilə inteqrasiyası ola bilər. Bu məsələdə Nyu-York-un Synchron adlı şirkəti böyük təcrübəyə sahibdir. Belə ki, sözügedən şirkət artıq bir neçə pasientin beyninə xüsusi beyin implantını qan damarları vasitəsilə yerləşdirib. Bu proses çərçivəsində beyin implantı boyun hissədən qan damarına daxil edilir. Daha sonra isə implant qan axını vasitəsilə beyindəki təyinat nöqtəsinə çatır.


    Məlumata əsasən bu cür beyin implantları neyrodegenerativ xəstəliklərə sahib pasientlərə fikir gücü vasitəsilə kompüterdən istifadə etməkdə yardımçı olurlar. Beyin implantlarının bu üsul ilə inteqrasiyasını artıq çinli mütəxəssislər də reallaşdırmağa başlayıblar. Çinin şimalinda yerləşən Tyantszin adlı liman şəhərinin Nankay Universitetinin alimləri elan ediblər ki, onlar keçən həftə qan damarları vasitəsilə keçi beyninə beyin implantı yerləşdiriblər və həmin implant vasitəsilə heyvan beynindən aydın və güclü elektrik siqnalı qəbul edilib. “Beyin implantının bu üsul ilə yerləşdirilməsinin əsas üstünlüyü ondan ibarətdir ki, beynin generasiya etdiyi elektrik siqnallarının əldə edilməsi üçün beyin üzərində cərrahiyyə əməliyyatını keçirtməyə ehtiyac qalmır” - deyə Nankay Unversitetinin aparıcı tədqiqatçısı Duan Feng qeyd edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


James Webb teleskopu kainatın ən qədim qalaktikası statusunu əldə edə biləcək ye..

Alimlər iyul ayının birinci yarısında öz elmi fəaliyyətinə start vermiş James Webb teleskopundan gəl..


James Webb teleskopu 28 milyard işıq ili uzaqlığında yerləşən ulduzu öz yeni fot..

James Webb kosmik teleskopu keçən ay ilk kosmik fotolarını göndərdiyi andan aktiv şəkildə çalışmağa ..


James Webb teleskopu 500 milyon işıq ili uzaqlığında yerləşən qalaktikanın fotos..

James Webb kosmik teleskopu Yer kürəsindən 500 milyon işıq ili uzaqlığında yerləşən ESO 350-40 adlı ..


Alimlər 12 milyard il yaşa sahib qaranlıq materiya aşkar ediblər

Yapon alimlər yeni tədqiqat çərçivəsində kainatda ən geniş yayılmış maddə olan sirli qaranlıq materi..


Tarixdə dördüncü pasient İİV-dən (İnsanın İmmunçatışmazlığı Virusu) xilas ola bi..

Tarixdə dördüncü şəxs İİV-dən xilas ola bilib. Kaliforniyadakı müalicə mərkəzinin şərəfinə “City of ..


James Webb teleskopu spiral formasında olan qalaktikanın detallı fotosunu çəkib..

James Webb kosmik teleskopu spiral formasında olan NGC 628 (digər adı Messier 74) adlı qalaktikanın ..

×