main-post-cover

    Çinin Tianwen-1 adlı aparatı Mars planetinin orbitinə çatıb

    Süni İntellekt
    11.02.2021
    Emil Nəcəfov
        Çinin aerokosmik elmlər və texnikalar üzrə korporasiyası NASA agentliyinin məlumatlarına istinad etmədən keçən ilin yay fəslində Mars səthinin incələnməsi üçün qırmızı planetə xüsusi aparat göndərmişdi. Məlum olub ki, eniş platformasında yerləşən Mars aparatı və orbital uçuş aparatı Long March-5B raketi sayəsində artıq Mars planetinə çatıblar. 7 aylıq uçuşdan sonra kosmik aparat Mars planetinin orbitinə yaxınlaşıb.
        240 kq ağırlığında olan Mars aparatının eniş prosesinin may ayında baş tutacağı gözlənilir. Növbəti mərhələdə isə 90 Mars sutkası ərzində 5 ton ağırlığında olan orbital uçuş aparatı vasitəsilə Yer kürəsinə müşahidə məlumatları göndəriləcək. Müşahidə çərçivəsində Mars kartoqrafiyası, planetin iqlimi, elektromaqnit və qravitasiya sahələri barəsində məlumatların Yer kürəsinə göndərilməsi planlaşdırılır.
        Məlumata əsasən eniş modulunun planet səthinə endirilməsi missiyanın ən qəliz prosesi olacaq. Bu mərhələdə təhlükəsizlik kapsulu Mars aparatının yerləşdiyi platformanı planetin səthinə çatdırmalı olacaq. Atmosferə daxil olma zamanı kapsul 1000 dərəcədən yuxarı temperaturda qızacaq. Qeyd etmək lazımdır ki, 1 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinin də orbital uçuş aparatı Mars orbitinə yaxınlaşmışdı. Beləliklə Çin, təchizatı Marsa çatmış 6-cı ölkə hesab olunacaq.
    Linki kopyala