main-post-cover

    Çin aktiv şəkildə Ayın, Marsın və Yupiterin tədqiqatını aparacaq

    Süni İntellekt
    31.01.2022
    Farid Pardashunas
        Çin kosmosun tədqiqatı üzrə 5 illik planını təqdim edib. Təqdim edilmiş sənəddə Çinin kosmik infrastrukturunun inkişafı və yeni nəsil kosmik gəmilərin hazırlanması üzrə iddialı məqsədləri əks olunub. Bundan əlavə olaraq Çin yaxın 5 il ərzində Aya astronavtları göndərməyi də özünə məqsəd qoyub. Son onilliklər ərzində Çin öz kosmonavtika sahəsinin inkişafı üçün çoxlu sayda addımlar atıb. Bunun üçün hökumət kosmik uçuşların və aparılan tədqiqatların miqyaslarını artırıb. Keçən ilin əvvəlində Çinin Tianwen-1 adlı aparatı uğurla Mars planetinin orbitinə çatmışdı. Bunun nəticəsində aparat Mars səthinin araşdırılması üçün nəzərdə tutulmuş digər aparatı planetin səthinə endirmişdi. Beləliklə Çin Marsa aparat endirmiş üçüncü ölkə olmuşdu.
        2019-cu ildə Çin dünyada ilk dəfə Ayın qaranlıq tərəfində kosmik aparatı endirmişdi. 2020-ci ildə isə Ay süxurlarının nümunələri Yer kürəsinə çatdırılmışdı. Ayın mənimsənilməsi planı növbəti 5 il ərizndə də davam edəcək. Belə ki, Çin Ay qütblərinin araşdırılması üçün ora 2 ədəd avtomatik aparat göndərməyi planlaşdırır. Alimlərin fikirlərinə əsasən Ay qütblərində buz halında su mövcuddur. Göndərilməsi planlaşdırılan aparatlardan biri Yer kürəsinə nümunələr ilə birlikdə geri qayıdacaq. Digər aparat isə müşahidələrinə davam edəcək. Bununla yanaşı Çin beynəlxalq əməkdaşlıq çərçivəsində Ayda tədqiqat stansiyasının inşasını da planlaşdırır.
        Kosmosun araşdırılması planları arasında Yer kürəsinə yaxın məsafədə mövcud olan asteroidlərə Yupiter ilə Mars planetlərinə kosmik aparatların göndərilməsi də var. Pilotsuz kosmik gəmilər Mars planeti səthindən yığılmış süxur nümunələrini Yer kürəsinə çatdıracaqlar. Çin hökuməti tərəfindən təqdim edilmiş sənəddə orbital stansiya inşasının davamı etdirilməsi, peyk texnologiyalarının yenilənməsi, raketlərin işə salınmaları üçün nəzərdə tutulmuş sistemlərin təkmilləşdirilməsi, yeni raket mühərriklərinin yaradılması və s. kimi məqsədlər əks olunub. Siyahı çox genişdir. Bununla da Çin kosmos tədqiqatının ölkənin elmi və texnoloji inkişafının əsas prioritetlərindən biri olduğunu qeyd edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər