Bu onilliyin sonuna kimi süni zəka təkcə ABŞ-da 2 milyondan çox iş yerini ələ keçirəcək

Bu onilliyin sonuna kimi süni zəka təkcə ABŞ-da 2 milyondan çox iş yerini ələ keçirəcək

Süni zəka və Elm
11.09.2023 PAYLAŞIM

    Forrester şirkətinin analitiklərinin proqnozlarına əsasən bu onilliyin sonuna kimi generativ süni zəka təkcə ABŞ-da 2 milyondan çox iş yerini ələ keçirəcək. Proqnozlara əsasən bu, 2030-cü ilə qədər baş verəcək və 2.4 milyon iş yerini əhatə edəcək. Generativ süni zəkadan ilk öncə zərər çəkəcək işçilər isə müxtəlif ofis tapşırıqlarını yerinə yetirən şirkət əməkdaşları olacaqlar.  Ümumilikdə isə süni zəka 11 milyon iş yerinə öz təsirini göstərəcək. Məlumatda qeyd edilib ki, avtomatlaşdırma sistemləri və süni zəka 2030-cu ilə kimi ABŞ-dakı iş yerlərinin 4.9%-ni əvəz edəcək.

    İş yerlərinin 30%-i isə generativ süni zəka sistemləri tərəfindən zəbt ediləcək. Məlumata əsasən artıq bu il ərzində bu cür sistemlər 90 000 iş yerini əvəz edəcəklər. Bu isə avtomatlaşdırılmış sistemlərin bu və ya digər formada ələ keçirəcəkləri iş yerlərinin 9.3%-ni təşkil edir. Analitiklər bildiriblər ki, bu və ya digər işçinin təhsil səviyyəsi nə qədər yüksək olsa, generativ süni zəka sisteminin onun işinə təsiri bir o qədər böyük olacaq. Eyni tendensiya əmək haqqı mövzusunu da əhatə edəcək. Yəni illik gəlirləri 60 000$-dan az olan işçilər illik gəlirləri 90 000$ və daha yuxarı olan işçilərdən bu mövzuda daha az zərər görəcəklər.




DAHA ÇOX


OPPO-nun süni zəka alqoritmi GPT-4 ilə eyni səviyyədə rəqabət aparır

Süni zəka dedikdə ilk növbədə ağıla Google, Microsoft, Meta, NVIDIA. OpenAI kimi şirkətlər gəlir...


Hidrogen yanacaq və CO2-nin atmosferdən yığılması qlobal istiliyin qarşısını ala..

Beynəlxalq Energetika Agentliyi (IEA) 2050-ci ilə kimi karbon neytrallığının əldə edilməsi üçün yeni..


Meta şirkəti sabah süni zəka əsaslı çat-botunu təqdim edəcək

Meta şirkəti artıq sabah Connect adlı tədbirinə start verəcək.


Erkən kainatda Süd Yoluna bənzər disk formalı qalaktikaların sayı daha çox imiş..

James Webb kosmik teleskopunun istifadəyə verilməsindən öncə hesab edilirdi ki, kainatın 6 milyard i..


Yupiterin peyki Avropada potensial bioloji həyat növünə işarə edən faktor aşkar ..

James Webb kosmik teleskopu təkcə kosmosun dərinliklərini araşdırmaq üçün nəzərdə tutulmayıb...


Joe Biden süni zəkadan istifadə qaydalarının yaradılması üçün dünya liderlərinə ..

BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti Joe Biden süni zəka sahəsində əməkdaşlığın quru..

×