main-post-cover

    Bu ayın sonunda insanlar çox nadir kosmik hadisəni müşahidə edə biləcəklər (VİDEO)

    Süni İntellekt
    01.12.2020
    Farid Pardashunas
        Yeni il bayramından öncə ulduzlu səmanı seyr etməyi sevən insanlar çox nadir kosmik hadisəni müşahidə edə biləcəklər. Belə ki, son 800 ildə ilk dəfə Saturn Yupiter planetləri maksimal məsafədə bir-birilərinə yaxınlaşacaqlar. Məlumata əsasən insanlar bu nadir kosmik hadisəni 21 dekabr tarixində müşahidə edə biləcəklər. Bu barədə 4pda saytı xəbər verib. Sonuncu dəfə bu iki planet bir-birinə maksimal yaxın məsafədə 4 mart 1226-cı il tarixində olublar. Bu nadir kosmik hadisəni ən yaxşı vəziyyətdə ekvatora yaxın regionlarda müşahidə etmək mümkün olacaq.
        Həmin regionlarda bu hadisəni müşahidə etmək üçün xüsusi təchizatdan istifadə etməyə ehtiyac qalmayacaq. Hər halda hətta həvəskar teleskoplar da adi insan gözündən fərqli olaraq bu müşahidəni daha ideal edəcəklər. Müşahidəçi nə qədər çox şimalda olarsa sözügedən kosmik hadisəni izləmək üçün daha az zaman olacaq. Saturn və Yupiter qərbdə günəşin batmasından 1 saat sonra ulduzlu səmada görünəcəklər. Növbəti bu cür hadisə 2080-ci ildə və daha sonra yalnız 2400-cü ildə baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər