
Bəzi mənbələrin verdikləri məlumatlara əsasən ABŞ-ın ən nüfuzlu şirkətlərinin rəhbərləri gələn ay ABŞ Konqres Binasında bir araya gələcəklər. Belə ki, onların Nyu-York ştatının senatoru olan Chuck Schumer tərəfindən təşkil ediləcək forumda iştirak edəcəkləri gözlənilir. Gözləntilərə əsasən forum 2.3 saat ərzində davam edəcək və süni zəkanın müxtəlif sahələrə inteqrasiya edilməsinin nəticələrinə həsr ediləcək.
Chuck Schumer tərəfindən təşkil edilən AI Insight forumları qanunvericiləri inkişaf edən texnologiyalarla tanış etməyə və həmin texnologiyaların tənzimlənmələri üçün nəzərdə tutulmuş hüquqi əsasların formalaşdırılmasına istiqamətlənib. Məlumatda qeyd edilib ki, növbəti belə forum 13 sentaybr tarixində ABŞ Konqres Binasında baş tutacaq. Forumda Elon Musk, Mark Zuckerberg, Sundar Pichai, Sam Altman, Jensen Huang, Satya Nadella, Eric Schmidt və Bill Gates kimi şəxslərin iştirak edəcəkləri gözlənilir. Forumun təşkil edilməsində ABŞ-ın iki ən böyük partiyasının təmsilçiləri iştirak ediblər.