main-post-cover

    BMT mütəxəssisləri: 'Qlobal istiləşmə tempi daha da yüksəlir və insanların bunda rolları çox böyükdür'

    Süni İntellekt
    09.08.2021
    Farid Pardashunas
        BMT (Birləşmiş Millətlər Təşkilatı) mütəxəssisləri iqlim dəyişiklikləri ilə bağlı olan yeni hesabatlarında məyusedici nəticələri təqdim ediblər. Onların hesabatlarına əsasən qlobal istiləşmə öz tempini daha da yüksəldir və insanların bunda rolları çox böyükdür. BMT-nin hökumətlərarası mütəxəssislər qrupu iqlim dəyişikliyi üzrə yeni qiymətləndirməni verib. Beləliklə yeni məlumata əsasən artıq 2030-cu ilə kimi Yer kürəsinin səthindəki temperatur 1.5 və ya 1.6 dərəcə Selsi yüksələcək. 3 il bundan öncə isə mütəxəssislər qrupu bunun 2040-cı ilə kimi baş verəcəyini qeyd etmişdi. Yəni yeni nəticələrə əsasən temperatur yüksəlişi 10 il tez baş verəcək.
        Lakin hadisələrin ən optimal şəkildə cərəyan edəcəkləri halda temperaturun 1.5 dərəcə Selsi yüksəlməsindən sonra o, 2100-cü ilə kimi 1.4 dərəcə Selsiyə enəcək. 1960-cı ildən indiyənə kimi meşələr, torpaq və okeanlar insanların atmosferə ifraz etdikləri CO2-nin 56%-ni udublar. Lakin güman olunur ki, torpaq karbondan doyaraq daha onu daha az miqdarda udmağa davam edəcək. Bundan əlavə olaraq buzlaqların buzlu örtükləri elə miqdarda su ehtiyatına sahibdirlər ki, onlar okeanların səviyyələrini 65 metr yüksəltməyə bəs edə bilərlər. 1900-cü ildən indəyənə kimi bütün okeanların səviyyələri 20 sm qalxıb və son onillikdə bu temp 3 dəfə güclənib. Əgər qlobal istilik 2 dərəcə Selsiyə çatsa, qlobal okean səviyyəsi 2100-cü ildə 0.5 metr yüksələcək və 2300-cü ilə kimi bu göstərici 2 metrə çatacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər