main-post-cover

    Birləşmiş Ərəb Əmirliklərinin kosmik aparatı Marsın keyfiyyətli rəngli fotosunu göndərib

    Süni İntellekt
    15.02.2021
    Farid Pardashunas
        Birləşmiş Ərəb Əmirlikləri (BƏM) tərəfindən göndərilmiş Hope adlı kosmik gəmi artıq Mars planetinin orbitinə yaxınlaşıb. Bu münasibətlə Dubay səmasında Marsın iki peyki olan Fobos ilə Deymos-un holoqramları əks olunmuşdu. İndi isə Hope kosmik gəmisi Marsın keyfiyyətli rəngli fotosunu göndərib. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Çinin Tianwen-1 adlı kosmik aparatı da Mars planetinin fotosunu göndərmişdi. Lakin Çinin kosmik aparatının göndərdiyi foto ağ-qara rəngdə idi. Hope kosmik gəmisi isə planetin rəngli fotosunu göndərib. Sözügedən foto planetin səthindən 24.700 km hündürlükdə çəkilib.
        Fotonun özündə isə Günəş sisteminin ən böyük vulkanı olan Olimp əks olunub. Bu vulkan artıq sönmüş vəziyyətdədir. Qeyd etmək lazımdır ki, Mars planetinə demək olar eyni vaxtda 3 kosmik aparat yaxınlaşıb. Onlardan biri ABŞ-a, ikincisi Çinə, üçüncüsü isə Birləşmiş Ərəb Əmirliklərinə aiddir. BƏM-in göndərmiş olduğu kosmik aparat 7 əmirliyin birləşməsinin 50 illiyinə həsr olunub və Marsdakı hava şəraitinin analizi üçün nəzərdə tutulub. Bu ilin sentyabr ayından başlayaraq həmin kosmik aparat Yer kürəsinə böyük həcmli məlumatların göndərilməsi ilə məşğul olacaq və həmin məlumatlar dünyanın bütün alimləri üçün əlçatan olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər