Avstraliyada insan sivilizasiyasının məhvolma səbəblərini yaddaşına yazacaq qara qutu quraşdırılacaq

Avstraliyada insan sivilizasiyasının məhvolma səbəblərini yaddaşına yazacaq qara qutu quraşdırılacaq

Süni zəka və Elm
07.12.2021 PAYLAŞIM

    Avstraliyanın dağlarla əhatə olunmuş qranit düzənliyində polad materialdan hazırlanmış nəhəng qutu yerləşdiriləcək. Əgər kimsə gələcəkdə onu aşkar edib, daxilindəki məlumatları deşifrələyə bilsə, həmin şəxs insan sivilizasiyasının çöküşünün hansı səbəblərdən baş verdiyini öyrənə biləcək. Bu, Yer kürəsinin qara qutusu hesab edilir. Verilmiş məlumata əsasən Tasmaniya Universitetinin tədqiqatçıları “Earth’s Black Box” adlı layihəyə start veriblər. Bu layihə çərçivəsində tədqiqatçılar 2022-ci ilin sonuna kimi Tasmaniyanın qərb sahilində müəyyən məlumatları təyin edərək yaddaşına yaza biləcək nəhəng qara qutu quraşdırmağı planlaşdırırlar. Quraşdırılacaq qara qutunun əsas məqsədi isə insan sivilizasiyasının son onillikləri barəsində olan məlumatları yaddaşına yazmaq olacaq. Bu, ola biləcək qlobal iqlim böhranı və insan sivilizasiyasının məhvi fonunda reallaşdırılan layihədir. Ümumilikdə qara qutu öz yaddaşına 2 kateqoriyaya ayrılmış məlumatları yazacaq:

- Quraqlıqda və dənizdə temperaturun, okeandakı turşuluq səviyyəsinin, atmosferdə CO2 miqdarının ölçülməsi, canlı növlərinin məhv olmalarının, torpaq resurslarından istifadə dəyişikliklərinin, əhali sayının, hərbi xərclərin və enerji istehlakı səviyyəsinin təyini


- Qəzet başlıqları, sosial şəbəkələrdəki mesajlar və iqlim dəyişikliyi ilə bağlı BMT konfransı (COP) kimi vacib tədbirlər barəsində xəbərlər haqqında məlumatların yığılması.

    Qara qutu məlumatları zaman üzrə həm əks həm də irəli istiqamətdə öz yaddaşına yazacaq. Bu üsul ilə qara qutu iqlim dəyişikliyi ilə bağlı internetdə mövcud bütün mümkün tarixi məlumatları əldə edərək insan sivilizasiyasının necə bu cür acınacaqlı vəziyyətə gəlib çıxdığını sənədləşdirəcək. Qara qutunun inşasına gələn ilin ortalarında start veriləcək. Lakin buna baxmayaraq onun tərkib hissəsinə daxil olacaq yaddaş mexanizmləri noyabr ayında Qlazqoda iqlim dəyişikliyi üzrə keçirilmiş COP26 adlı konfransdan başlayaraq artıq lazımi məlumatları əldə etməyə başlayıblar. Tədqiqatçıların hesablamalarına əsasən məlumatların sıxışdırılması və arxivləşdirilməsi heabına qara qutunun daxili yaddaş həcmi növbəti 30-50 il ərzində lazımi məlumatları əldə etməyə kifayət edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


OpenAI ChatGPT tərəfindən tərtib edilən mətnləri təyin edə biləcək sistem üzərin..

Olduqca qəliz mətnlər tərtib etməyi bacaran süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı OpenAI ş..


Google ChatGPT-nın potensial rəqibi ola biləcək süni zəka əsaslı yeni çat-botunu..

Verilmiş məlumata əsasən Google şirkəti süni zəka əsaslı yeni çat-botlarını test edir.


Amerikalı konqresmen öz çıxışı zamanı ChatGPT tərəfindən tərtib edilmiş mətndən ..

Keçən həftə konqresmen Jake Auchincloss ABŞ Nümayəndələr Palatasında çıxış edib.


Google mətnli təsvir əsasında istənilən janrda musiqi tərtib edən süni zəka əsas..

Google şirkəti süni zəka əsaslı MusicLM adlı alqoritmini təqdim edib. Sözügedən alqoritm istənilən j..


ChatGPT dünyanın ən yaxşı biznes məktəblərindən birində buraxılış imtahanından u..

OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun dərs tapşırıqlarının yerinə yetirilməsində is..

×