Apple hal hazırda bir neçə süni zəka modeli üzərində çalışır

Apple hal hazırda bir neçə süni zəka modeli üzərində çalışır

Süni zəka və Elm
07.09.2023 PAYLAŞIM

    The Information saytının verdiyi məlumata əsasən Apple şirkəti hal hazırda bir neçə süni zəka modelinin hazırlanması ilə məşğuldur və onlar müxtəlif komandalar arasında bölünüblər. Şirkət isə onların təlimatlandırılması üçün hər gün milyonlarla dollar vəsait xərcləyir. Məlumatda qeyd edilib ki, şirkətin nitq istiqamətində süni zəka modelinin hazırlanması ilə məşğul olan şöbəsi Foundational Models adlanır. Bu şöbəyə 16 nəfər mütəxəssis daxildir və onların arasında keçmiş Google mühəndisləri də var. Bu şöbəyə rəhbərliyi isə şirkətin süni zəka şöbəsinin rəhbəri John Giannandrea edir.

    O, şirkətə 2018-ci ildə Siri-nin yaxşılaşdırılması üçün qoşulub. Süni zəka texnologiyası üzərində şirkətin digər komandaları da çalışırlar. Məsələn Visual Intelligence adlı şöbə fotoların tərtib edilməsi ilə məşğul olan süni zəka modeli üzərində, digər bir komanda isə mətnlərin tanınması və tərtibatı ilə məşğul olan multimodal süni zəka modeli üzərində çalışır. Anonim şəxslərin vermiş olduqları məlumata əsasən Apple hal hazırda Ajax GPT adlı təkmilləşdirilmiş dil modelinə sahibdir. Məlumatda qeyd edilib ki, sözügedən dil modeli özündə 200 milyard parametri birləşdirir və o, OpenAI şirkətinin GPT-3.5 dil modelindən daha güclüdür.




DAHA ÇOX


OPPO-nun süni zəka alqoritmi GPT-4 ilə eyni səviyyədə rəqabət aparır

Süni zəka dedikdə ilk növbədə ağıla Google, Microsoft, Meta, NVIDIA. OpenAI kimi şirkətlər gəlir...


Hidrogen yanacaq və CO2-nin atmosferdən yığılması qlobal istiliyin qarşısını ala..

Beynəlxalq Energetika Agentliyi (IEA) 2050-ci ilə kimi karbon neytrallığının əldə edilməsi üçün yeni..


Meta şirkəti sabah süni zəka əsaslı çat-botunu təqdim edəcək

Meta şirkəti artıq sabah Connect adlı tədbirinə start verəcək.


Erkən kainatda Süd Yoluna bənzər disk formalı qalaktikaların sayı daha çox imiş..

James Webb kosmik teleskopunun istifadəyə verilməsindən öncə hesab edilirdi ki, kainatın 6 milyard i..


Yupiterin peyki Avropada potensial bioloji həyat növünə işarə edən faktor aşkar ..

James Webb kosmik teleskopu təkcə kosmosun dərinliklərini araşdırmaq üçün nəzərdə tutulmayıb...


Joe Biden süni zəkadan istifadə qaydalarının yaradılması üçün dünya liderlərinə ..

BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti Joe Biden süni zəka sahəsində əməkdaşlığın quru..

×