main-post-cover

    Amerikalı konqresmen öz çıxışı zamanı ChatGPT tərəfindən tərtib edilmiş mətndən istifadə edib

    Süni İntellekt
    30.01.2023
    Farid Pardashunas
        Keçən həftə konqresmen Jake Auchincloss ABŞ Nümayəndələr Palatasında çıxış edib. Lakin bu xəbərin ən maraqlı tərəfi ondan ibarətdir ki, konqresmen OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botu tərəfindən tərtib edilmiş mətndən istifadə edərək öz çıxışını reallaşdırıb. Öz çıxışı ilə konqresmen qanunvericilərin diqqətlərini süni zəka əsaslı texnologiyaların vacibliyinə və onların inkişaf etdirilməsinin zəruriliyinə tərəf çəkməyə çalışıb. ChatGPT tərəfindən tərtib edilmiş mətn vasitəsilə çıxış edən zaman konqresmen neyron şəbəkələrinin gələcək inkişafları və onların müxtəlif fəaliyyət sahələrinə inteqrasiya edilmələri üçün süni zəka üzrə Amerika-İsrail mərkəzinin yaradılması yolunda qanunun qəbul edilməsinin vacibliyini qeyd edib.
        Məlumatda qeyd edilib ki, Jake Auchincloss öz köməkçiləri ilə birlikdə ChatGPT-ya yuxarıda qeyd edilmiş qanunun qəbulu istiqamətində “Nümayəndələr Palatasında çıxış üçün 100 sözdən ibarət mətnin tərtib edilməsi” tapşırığını veriblər. Məlumata əsasən süni zəka əsaslı çat-botun reallaşdırdığı bir neçə cəhddən sonra Nümayəndələr Palatasında çıxış üçün uyğun olan mətn seçilib. “Süni zəka ümumi təyinatlı və hər bir sektorda fundamental texnologiya ola bilər. Dünən mən, süni zəka tərəfindən tərtib edilmiş mətn vasitəsilə Konqresdə çıxış etdim. Siyasətçilər məqsədyönlü və aktiv olmalıdırlar” - deyə Jake Auchincloss qeyd edib.
        Qeyd etmək lazımdır ki, barəsində son zamanlarda çox danışılan ChatGPT çat-botunun uğurlu olması öz növbəsində OpenAI şirkətinə külli miqdarda investisiyaların yatırılmasına gətirib çıxarıb. Hələ keçən həftə məlum oldu ki, Microsoft şirkəti OpenAI ilə əməkdaşlığını daha da genişləndirib və bu əməkdaşlıq çərçivəsində Microsoft OpenAI-ya milyardlarla dollar investisiya yatıracaq. Bəzi məlumatlara əsasən növbəti illər ərzində Microsoft tərəfindən OpenAI-ya ümumilikdə 10 milyard dollar investisiya təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər