main-post-cover

    Amerikalı alim: 'Kainatda fiziki qanunları istədikləri kimi dəyişə bilən sivilizasiyalar mövcud ola bilər'

    Süni İntellekt
    23.05.2022
    Emil Nəcəfov
        NASA-nın dəstəyinə sahib olan amerikalı alim Adam Frank yadplanetli sivilizasiyaların öz inkişaf səviyyələri çərçivəsində nə dərəcədə irəli gedə biləcəkləri barəsində yeni nəzəriyyəni təqdim edib. Amerikalı alimin yeni nəzəriyyəsinə əsasən kainatdakı sivilizasiyalar elə bir inkişaf səviyyəsinə çata bilərlər ki, nəticədə fundamental fiziki qanunları dəyişə bilərlər. Roçester Universitetnin astrofiziki Adam Frank NASA-nın dəstəyi çərçivəsində yadplanetli sivilizasiyaların texnoloji izlərini axtarmaqla məşğuldur və o düşünür ki, biz, kainatın və onun qanunlarının qavranılması məsələsində qeyri-standart şəkildə düşünməyə başlamalıyıq. Adam Frank öz məqaləsində inkişaf etmiş texnologiyaların məhdudiyyətlərə sahib ola bilib-bilmədikləri, kainatdakı şüurlu sivilizasiyanın fiziki qanunları dəyişə bilmək dərəcəsinə kimi inkişaf edə bilib-bilməməsi, fiziki qanunların bu və ya digər sivilizasiyanın yarada biləcəyi hər hansısa bir şeyi məhdudlaşdırma imkanına sahib olub-olmamaları və sivilizasiyanın inkişafı üçün məhdudiyyət yaradıb-yaratmamaları kimi suallara cavab tapmağa çalışıb.

    Bir neçə müddət bundan öncə barəsində ətraflı şəkildə yazdığımız Kardaşev şkalasına əsasən nəzəri cəhətdən kainatda bu və ya digər inkişaf səviyyəsinə çata biləcək 3 tip sivilizasiya mövcuddur.

        “Lakin ola bilərmi ki, kainatda həmçinin IV V tip sivilizasiyalar da mövcud olsun? Ümumiyyətlə sivilizasiyalar texnologiyaların inkişafları üzrə hər hansısa məhdudiyyətə sahibdirlərmi? Bunlar çox maraqlı suallardır və onlara hal hazırda cavab tapmaq çox çətindir” - deyə Adam Frank qeyd edib. Kardaşev şkalası çərçivəsində kainatdakı bütün sivilizasiyaların texnoloji inkişaf səviyyələri bu və ya digər sivilizasiyanın enerjini hansı miqdarda istehlak etməsindən asılıdır. Lakin biz də daxil olmaqla mümkün ola biləcək bütün bu sivilizasiyalar məlum olan fiziki qanunlara tabedirlər. “Bəs əgər sivilizasiya fiziki qanunları dəyişə bilmək səviyyəsinə kimi inkişaf edibsə, onda necə? Bu cür sivilizasiya adi enerji yığımı prosesinin çərçivəsindən daha kənara çıxa bilər. Bu məsədələ Caleb Scharf adlı astrofizikin 2016-cı ildəki tədqiqatını yada salmaq lazımdır” - deyə Adam Frank qeyd edib.

    2016-cı ildə astrofizik Caleb Scharf-ın irəli sürdüyü nəzəriyyəyə əsasən qaranlıq materiyanın yaranmasının arxasında yadplanetli sivilizasiya dayana bilər.

        Güman edilir ki, kainatın böyük hissəsi məhz bu gizli materiyadan ibarətdir. Scharf güman edir ki, qaranlıq materiya inanılmaz yüksək səviyyədə inkişaf etmiş yadplanetli sivilizasiyanın müdaxiləsi nəticəsində yaranıb. Bununla yanaşı Scharf həmçinin güman edir ki, qaranlıq enerjinin ortaya çıxmasının arxasında da yüksək inkişaf səviyyəsinə sahib yadplanetli sivilizasiya dayana bilər. Hal hazırda güman edilir ki, kainatın sürətlə genişlənməsinə səbəb olan məhz qaranlıq enerjidir. Scharf-ın irəli sürdüyü nəzəriyyəyə əsasən yüksək inkişaf səviyyəsinə sahib yadplanetli sivilizasiya qaranlıq enerji vasitəsilə kainatı bilərəkdən genişləndirir. Belə ki, həmin sivilizasiya xaos ilə kainatın məhv olmasından yan keçmək istəyir.

    Adam Frank isə öz növbəsində Scharf-ın nəzəriyyəsini daha da inkişaf etdirərək güman edir ki, yadplanetli sivilizasiyalar fiziki qanunları istədikləri kimi dəyişə bilərlər.

        “Bəlkə də əslində fiziki qanunlar çoxdur, lakin təkamül şüurlu canlıların tabe ola biləcəkləri variantları seçir. Eyni zamanda bəlkə də şüurlu canlılar özlərinə uyğun olan fiziki qanunları seçə bilmək imkanına sahibdirlər. Bu cür sivilizasiyalar məkan və zaman anlayışlarını tamamilə dəyişə və bunun sayəsində öz yaşamları üçün komfortlu kainat yarada bilərlər” - deyə Adam Frank qeyd edib. Alimin sözlərinə əsasən bu, ən dəlisov elmi fantastika kimi səslənsə də nəzəri cəhətdən mümkündür. Ola bilər ki, müasir fizika şüurlu canlılar və onların imkanlarına sərt məhdudiyyətlər tətbiq edir. Bu cür ehtimal mümkündür. Bu məhdudiyyətlər elmi fantastikanın təsəvvür edə biləcəyi anın yetişmə zamanına kimi texnoloji inkişaf səviyyəsini ləngidə və ya ümumiyytlə dayandıra bilər. Bu mənada məsələn çox güman ki, işıq sürəti tərəfindən qoyulan məhdudiyyətlərdən yan keçmək mümkün olmayacaq və ulduzlararası səyahət olduqca qəliz və bahalı bir proses olacaq” - deyə Adam Frank əlavə edib.
    Linki kopyala