main-post-cover

    Amazon özünün ChatGPT analoqu üzərində çalışır

    Süni İntellekt
    14.02.2023
    Farid Pardashunas
        Amazon şirkətinin CEO-su Andy Jassy Financial Times nəşriyyatının suallarına cavab verib. Müxtəlif mövzularda fikirlərini bildirmiş Andy Jassy həmçinin neyron şəbəkələri əsasında çalışan generativ alqoritmlər barəsində fikirlərini söyləyib və bildirib ki, Amazon artıq uzun müddətdir ki, bu istiqamət üzrə işlərə start verib. “Mən, generativ alqoritmlər vasitəsilə nələrin edilə biləcəyini heyrətləndirici hesab edirəm. Bu, sizlərin ChatGPT kimi modellərdə artıq gördüyünüz bir şeydir. Lakin bizim kimi böyük texnoloji şirkətlərin çoxu artıq uzun müddətdir ki, süni zəka əsaslı böyük generativ modellərin hazırlanması ilə məşğul olur” - deyə Andy Jassy qeyd edib.
        Amazon artıq bəzi məhsullarında süni zəka texnologiyalarından və machine learning sistemindən istifadə edir. Buna misal olaraq Alexa səsli köməkçisini və proqram təminatı kodlarının yazılmasında köməkçi rolunu oynayan CodeWhisperer sistemini gətirmək olar. Lakin bəzi investorların fikirlərinə əsasən Amazon mətnlərin, fotoların, videoların və digər növ kontentlərin tərtib edilməsi üçün nəzərdə tutulmuş generativ alqoritmlərin hazırlanması məsələsində digərlərindən geridə qalır. Amazon şirkətinin əsas investorlarından biri olan Madrona Venture Group-un icraçı direktoru Matt McIlwain-in sözlərinə əsasən Microsoft bu mövzuda heç şübhəsiz liderliyi qoruyub saxlamaqla özünə çox böyük diqqət cəlb edib.
        Financial Times nəşriyyatına müsahibə zamanı Andy Jassy bildirib ki, Amazon həmçinin generativ alqoritmlərlə bağlı olan biznesin inkişaf etidirilməsi yolunda daha kçik şirkətlərlə əməkdaşlıq etməyi də nəzərdən keçirdir. Amazon-un bu sahədə potensial partnyorlarından biri isə Stability AI şirkəti ola bilər. Qeyd etmək lazımdır ki, Stability AI öz növbəsində ChatGPT-nin yaradıcısı olan OpenAI şirkətinin rəqibidir. Hələ bir neçə müddət bundan öncə Stability AI bildirmişdi ki, o, süni zəka modellərinin hazırlanması və inkişaf etdirilməsi üçün Amazon-un bulud texnologiyalar infrastrukturuna üstünlük verir. Bu isə tərəflər arasındakı potensial əməkdaşlığa işarə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər