main-post-cover

    Alimlər Süd Yolu qalaktikasında elmə məlum olmayan qeyri-adi obyekt aşkar ediblər

    Süni İntellekt
    27.01.2022
    Farid Pardashunas
        Alimlər Süd Yolu qalaktikasında elmə məlum olmayan obyekt aşkar ediblər. Sözügedən kosmik obyekti aşkar etmiş avstraliyalı astronomların sözlərinə əsasən həmin obyekt indiyənə kimi aşkar edilmişlərdən heç biri ilə oxşar deyil. Qeyri-adi kosmik obyekt aşkar edilən zaman məlum olub ki, o, 1 dəqiqə ərzində emerji ifrazını reallaşdırır və hər 18 dəqiqədən bir bu prosesi təkrarlayır. Alimlər kosmosa radioşüalanmaları göndərərək aktivləşən və deaktivləşən obyektləri daha əvvəllər də aşkar ediblər. Lakin mütəxəssislər bildiriblər ki, onlar indiyənə kimi 1 dəqiqə ərzində güclü radioşüalanma ifraz edən kosmik obyekt müşahidə etməyiblər.
        Hal hazırda astronomlar sözügedən kosmik obyektin nə olduğunun təyin edilməsi üzrə araşdırmalar aparırlar. “Bizim saatlarla olmuş müşahidələrimiz çərçivəsində kosmik obyekt tərəfindən olmuş siqnallar dəfələrlə ortaya çıxıb və daha sonra yox olublar. Bu kəşf astronomlar üçün gözlənilməz və bir o qədər də qoruxuducu olub. Çünki biz indiyənə kimi bur cür kosmik obyektlərə rast gəlməmişik” - deyə alimlər qeyd ediblər. Alimlər təyin ediblər ki, aşkar edilmiş kosmik obyekt Yer kürəsindən 4000 işıq ili uzaqlığında yerləşir. O, çox parlaq işığa və güclü maqnit sahəsinə sahibdir. Alimlər onun nə olduğu barəsində bəzi fərziyyələrə sahibdirlər. Aşkar edilmiş kosmik obyekt neytron ulduzu və ya ağ cırtdan ulduz ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər