main-post-cover

    Alimlər qeyri-adi formaya sahib yeni ekzoplanet aşkar ediblər

    Süni İntellekt
    16.01.2022
    Farid Pardashunas
        İnsanlara məlum olan planetlərin çoxu kürə formasındadır. Lakin ESA-nın (Avropa Kosmik Agentliyi) CHEOPS adlı teleskopu Herakl bürcündə qeyri-adi formaya sahib WASP-103b adlı ekzoplanet aşkar edib. Sözügedən ekzoplanetin əsas fərqləndirici tərəfi təhrif edilmiş formaya sahib olmasındadır. Təhrif edilmiş forma isə ekzoplanetin aid olduğu ulduz tərəfindən həyata keçən böyük qabarma qüvvələri ilə bağlıdır. Ayın qravitasiya gücü Yer kürəsinə təsir göstərir və nəticədə planetimizdəki dünya okeanının qabarma çəkilməsi baş verir. WASP-103b adlı ekzoplanet isə öz ölçüsünə görə Yupiterdən 2 dəfə böyükdür. Bundan əlavə olaraq onun kütləsi Yupiterdən 1.5 dəfə daha yüksəkdir.
        Sözügedən ekzoplanet öz ulduzuna o dərəcədə yaxın məsafədə yerləşir ki, onun ətrafında tam dövrü 1 sutkadan az müddətdə reallaşdırır. Planetin ulduza bu dərəcədə yaxın məsafədə olması öz növbəsində çox güclü qabarma prosesinə səbəb olur. Nəticədə həmin qabarma prosesi ekzoplanetin deformasiyasına və formasının təhrif olunmasına gətirib çıxardır. Buna görə də WASP-103b kürə formasından daha çox oval formanı xatırladır. Qeyd etmək lazımdır ki, sözügedən ekzoplanet CHEOPS (ESA) və Spitzer (NASA) teleskopları vasitəsilə əldə edilmiş məlumatların emal edilməsi sayəsində aşkar edilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər