Alimlər qalaktikamızın mərkəzinə yaxın qəribə radiosiqnal mənbəyi aşkar ediblər

Alimlər qalaktikamızın mərkəzinə yaxın qəribə radiosiqnal mənbəyi aşkar ediblər

Süni zəka və Elm
09.09.2021 PAYLAŞIM

    Alimlər Süd Yolu qalaktikasının mərkəzinə yaxın hissəsində sirli radiodalğa mənbəyi aşkar ediblər. Məlum olan digər radiodalğa mənbələrindən fərqli olaraq o, heç bir digər dalğanı yaymır. Aşkar edilmiş radiosiqnal ASKAP J173608.2-321635 kimi qeyd edilib. Bu mənbə yalnız polyarlaşmış dalğaları yayır. Digər diapazonlarda isə nəsə tapmaq mümkün olmayıb. Buna görə də bu dalğaların yayılma səbəbi məlum deyil. Sözügedən radiosiqnal 2019-cu ilin sonunda və 2020-ci ilin əvvəlində ASKAP adlı radioteleskop vasitəsilə əldə edilmiş məlumatlar arasında aşkar edilib. Sözügedən teleskop 13 belə siqnalı aşkar edib. Lakin siqnal mənbəyinin digər alətlərlə müşahidə cəhdi heç bir nəticə verməyib.

    Hal hazırda radio diapazonunda siqnallar həftələrlə qeydə alınır və daha sonra həmin siqnallar kəsilir. Sözügedən siqnallar qəliz xətti və dairəvi polyarlaşma ilə seçilirlər. Mütəxəssislərin fikirlərinə əsasən bu ona görə baş verir ki, siqnallar bizə çatmamışdan öncə qaz və toz buludlarından keçirlər. Bu buludlar isə güclü maqnit sahəsinə sahibdirlər. Və ya siqnalların mənbəyi maqnit sahəsi xarakterinə sahibdir. Növbəti mərhələdə aşkar edilmiş siqnalı nə rentgen diapazonunda və nə də ki, yaxın infraqırmızı diapazonda təyin etmək mümkün olmayıb. Bu isə o deməkdir ki, bu siqnal ulduz aktivliyi, ikili ulduz sistemi, neytron ulduzu, pulsar, qamma şüalanma və supernova partlayışı ilə əlaqəli deyil.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çinin yeni radioteleskopu rekord sayda təkrarlanmış radioşüalanmaları müşahidə e..

Çinin 500 metr ölçüsündə olan FAST adlı yeni radioteleskopu müşahidə olunan ən aktiv və sürətli radi..


Kainatın ən qorxunc sahələri: Kosmik boşluqlar nədir?

Kosmik boşluqlar (void) qalaktik bağlar arasında olan geniş sahələrdir və bu sahələrdə qalaktikalar,..


Şotlandiyada yerləşən xəstəxana kriptovalyuta asılılığına sahib insanları müalic..

Şotlandiyada artıq 3 ildir ki, Castle Craig adlı xəstəxanada kriptovalyuta asılılığına sahib insanla..


Malyariya xəstəliyinə qarşı dünyanın ilk vaksin preparatı təsdiqlənib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariya xəstəliyinə qarşı dünyanın ilk vaksininin istifadəsinə r..


NASA təhlükəli asteroidin traektoriyasını dəyişmək üçün ona peyk ilə zərbə endir..

NASA-nın Yer kürəsinə təhlükəli olan asteroidlərin traektoriyalarının dəyişdirilməsi üzrə təcrübəsin..

×