main-post-cover

    Alimlər minlərlə qara dəliyi əks etdirən xəritəni yaradıblar

    Süni İntellekt
    01.03.2021
    Farid Pardashunas
        Astronomlardan ibarət beynəlxalq komanda göy üzünün şimal hissəsinin detallı xəritəsini yaratmağı bacarıb. Yaradılmış xəritədə 25.000 ədəd yüksək kütləli qara dəlik yer alıb. Sözügedən xəritənin yaradılmasında çoxlu sayda teleskoplardan əldə olunmuş məlumatlardan istifadə edilib. Tədqiqatçıların sözlərinə əsasən xəritədə olan hər bir parlaq nöqtə yüksək kütləli qara dəlikdir.
        Onların hər biri öz qalaktikasında yerləşir. Baxmayaraq ki, alimlər göy üzünün şimal hissəsinin yalnız 4%-ni əks etdirə biliblər, əldə olunmuş foto indiyənə kimi edilmiş müşahidələr arasında ən detallı olanıdır. Xəritə 9 Avropa ölkəsində yerləşən LOFAR adlı antenlərə sahib 52 stansiyanın istifadəsi vasitəsilə yaradılıb. Onun tərtib olunması üçün isə göy üzünün şimal hissəsinin 256 saat müşahidə olunması lazım gəlib. Bu halda radiotezliklərin fotolara çevrilməsi üsulundan istifadə olunub
        Prosesin özü isə bir neçə il ərzində aparılıb. Proses çərçivəsndə ən böyük problemlərdən biri də Yer kürəsinin atmosferi olub. Belə ki, Yer kürəsinin atmosferi uzun dalğaların müşahidəsini qəlizləşdirir. Nəticədə Yer kürəsinin atmosferi çoxlu sayda müdaxilələr yaradıb və həmin müdaxilələr real zaman ərzində superkompüter vasitəsilə aradan qaldırılıb. Astronomlar göy üzünün şimal hissəsinin tam xəritəsini tərtib etmək üçün işləri davam etdirəcəklər. Onların fikirlərinə əsasən bu, kainatın real ölçüsü barəsində təsəvvürlərin əldə olunmasına yardımçı olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər