main-post-cover

    Alimlər Marsa uçuş üçün ən yaxşı zamanı təyin ediblər

    Süni İntellekt
    28.08.2021
    Emil Nəcəfov
        Alimlərdən ibarət qrup kosmik uçuşları əhatə edən problemlərdən narahatdırlar. Kosmik radiasiyanın və Günəş aktivliyinin müşahidəsi çərçivəsində alimlər insanların təhlükəsiz şəkildə Mars planetinə yollanmaları üzrə uyğun zamanı təyin ediblər. Faktiki olaraq hal hazırda insanları Mars planetinə çatdıracaq kosmik gəmi mövcud deyil. Lakin amerikalı alimlərin fikirlərinə əsasən bu, əsas problem deyil. Kosmik uçuşları əhatə edən əsas problem radiasiya ilə bağlıdır. Belə ki, radiasiya beynin zədələnməsinə və digər növ xəstəliklərin yaranmasına gətirib çıxarda bilər. Bu isə o deməkdir ki, kosmik uçuşa texniki nöqtəyi nəzərdən yaxşı hazırlaşmaqdan əlavə olaraq uçuş üçün uyğun zamanı da seçmək lazımdır. Alimlər təyin ediblər ki, bu səbəbdən uçuşları 2030-cu ildən tez etmək lazım deyil.
        İdeyanın əsas məğzi kosmik gəmi üçün olan problemlərin sayını aşağı salmaqdır. Məlumdur ki, kosmik uçuş zamanı astronavtları Günəş şüalanması (SEP) və qalaktik kosmik şüalar (GCR) gözləyəcək. Qalaktik kosmik şüalar daha təhlükəli olduqları üçün Günəş aktivliyinin maksimuma çatmasını gözləmək lazım gələcək. Bu isə qalaktik kosmik şüalanmanın böyük hissəsindən yan keçməyə imkan verəcək. Nəticə etibarilə kosmik gəmilərin mühəndisləri öz diqqətlərini yalnız Günəş şüalanmasından qorunmağa yönəltməli olacaqlar. Bundan əlavə olaraq alimlər qeyd ediblər ki, Mars planetinin orbitində 4 ildən çox qalmaq olmaz. Lakin həmin vaxta kimi daha dözümlü qoruyucu materiallar kəşf edilsə, təyin edilmiş zaman intervalında dəyişikliklər ola bilər.
    Linki kopyala