Alimlər Mars üçün süni maqnit sahəsinin yaradılmasını təklif ediblər

Alimlər Mars üçün süni maqnit sahəsinin yaradılmasını təklif ediblər

Süni zəka və Elm
23.11.2021 PAYLAŞIM

    ABŞ-ın Milli Radio Astronomiya Rəsədxanasından olan alimlər Marsın peyki olan Fobosdan istifadə edərək qırmızı planet ətrafında yüklənmiş hissəciklərdən ibarət halqanın yaradılmasını təklif ediblər. Mars üçün maqnit sahəsinin yaradılması istiqamətində ya planet daxilində ya da planet ətrafında yüklənmiş hissəciklərdən ibarət güclü axın lazımdır. Fobos Marsın iki peykindən biridir. O, Mars ətrafında o qədər yaxın məsafədə dövr edir ki, onun Mars ətrafındakı tam dövrü hər 8 saat ərzində baş verir. Buna görə də alimlər Fobosdan istifadə etməyi təklif ediblər. Belə ki, onların ideyasına əsasən Fobosun səthində olan hissəcikləri ionlaşdırmaq və daha sonra sürətləndirmək lazımdır. Nəticədə ionlaşdırılmış və sürətləndirilmiş hissəciklər Fobos ətrafında plazmalı səth yarada bilərlər. Bu isə öz növbəsində Mars üçün güclü maqnit sahəsinin yaranmasna gətirib çıxarda bilər.

    Marsda yaşayış mühitinin yaradılması insanların əsas arzularından biridir. Buna görə də Marsı ikinci Yer kürəsinə çevirmək üçün ona süni maqnit sahəsi lazımdır. Marsdakı sutka demək olar ki, Yer kürəsindəki sutkaya bənzəyir. Bundan əlavə olaraq Mars səthinin altında donmuş şəkildə olan su ehtiyatı mövcuddur. Həmin su ehtiyatı müəyyən müddətdən sonra nəfəs almaq üçün lazımi atmosferə çevrilə bilər. Maqnit sahəsi Günəş küləyindən və ionlaşdırılmış hissəciklərdən qoruma özəlliyinə sahibdir. Yer kürəsinin maqnit sahəsi bizim planetimizin səthinə yüksək enerjili bir çox hissəciyin daxil olmasının qarşısını alır. Əvvəllər Mars da Yer kürəsi kimi su ilə zəngin sıx atmosferə sahib olub. Lakin maqnit sahəsinin qoruması olmadan həmin atmosfer tez zamanda yox olub.


    Marsda Yer kürəsinin sahib olduğu maqnit sahəsinə bənzər sahəni reallaşdırmaq asan məsələ deyil. Belə ki, Yer kürəsinin maqnit sahəsi planetin nüvəsindəki dinamik effekt hesabına generasiya olunur. Yer kürəsinin nüvəsindəki dəmir ərintilərinin konveksiyası Yer kürəsinin maqnit sahəsini yaradır. Lakin Marsın daxili hissəsi daha kiçik və soyuqdur. Onun nüvəsini sadəcə olaraq işə salmaqla maqnit sahəsinin yaranmasına ümid etmək mümkün variant deyil. Mümkün texniki maneələrə baxmayaraq alimlərin təklif etdikləri bu ideyanın reallaşdırılması mümkün variant kimi görünür. Qeyd etmək lazımdır ki, Mars üçün maqnit sahəsinin yaradılması üzrə müxtəlif təkliflər əvvəllər də irəli sürülüb. Onların çoxu adətən özlərində ya yerüstü ya da orbital solenoidlərin istifadələrini birləşdirib. Solenoid induktivlik çarxının bir növüdür və spiral formaya sahibdir. Onun ətrafından elektrik cərəyan keçirən zaman maqnit sahəsi yaranır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər: 'Yaxın gələcəkdə Yer kürəsində kommunikasiya böhranı yaşana bilər'..

Kaliforniya Universitetinin mütəxəssislərinin fikirlərinə əsasən irimiqyaslı Günəş fırtınası (Geomaq..


Alimlər orqanizmdə xərçəng xəstəliyinin yayılmasına şərait yaradan geni deaktiv ..

Xərçəng xəstəliyinin orqanizmdə yayılması prosesini müşahidə edən zaman Prinston Universitetinin ali..


Kvant səviyyəsində zaman eyni anda həm keçmişə həm də gələcəyə doğru axa bilər..

Alimlər güman ediblər ki, superpozisiya vəziyyətində (hansısa obyektin eyni zamanda iki vəziyyətdə m..


Yüksək sürətdə asteroidlə toqquşması planlaşdırılan DART aparatı uğurla kosmosa ..

Bugün səhər saatlarında ABŞ-ın Kaliforniyadakı Vandenberq adlı Kosmik Qüvvələr bazasından SpaceX-in ..


ABŞ Ayda atom elektrostansiyasını istifadəyə verməyi planlaşdırır

NASA agentliyi ABŞ-ın Energetika Nazirliyinin Aydaho Milli Laboratoriyası ilə birlikdə Ayda atom ele..


Tarixdə ikinci dəfə pasient heç bir dərman qəbul etmədən İİV-dən (HIV) tamamilə ..

İndiyənə kimi İİV-dən əziyyət çəkmiş yalnız 2 şəxs sümük iliyinin transplantasiyası sayəsində İİV-də..

×