main-post-cover

    Alimlər: 'Kosmosda uzunmüddətli səyahətlər insan səhhətində problemlərə yol açırlar'

    Süni İntellekt
    23.01.2022
    Emil Nəcəfov
        Alimlər tərəfindən aparılmış yeni tədqiqatların nəticələrinin təqdim olunmasından sonra Mars kolonizasiyasının və uzunmüddətli kosmik uçuşların reallaşdırılması sual altına düşürlər. Kanadadan olan alimlər aşkar ediblər ki, çəkisizlik səbəbilə yaranan kosmik anemiya əvvəllər düşünüldüyü kimi müəyyən müddətlik yaranan bir problem deyil. Ottava Universitetinin tədqiqatçıları 14 astronavtın iştirakı ilə yeni tədqiqat aparıblar. Aparılmış tədqiqat çərçivəsində məlum olub ki, çəkisizlik şəraitində olan zaman insan orqanizmi yaratdığı qan hüceyrələrindən daha çoxunu məhv edir.
        Orqanizmin normal funksionallığı şəraitində hər saniyə 2 milyon eritrosit məhv edilir və eyni sayda yeniləri yaranır. BKS-dəki (Beynəlxalq Kosmik Stansiya) 6 aylıq missiya çərçivəsində isə astronavtın bədənində hər saniyə 3 milyon eritrosit məhv olur. Hətta Yer kürəsinə geri dönəndən 1 il sonra da astronavtın bədənindəki qırmızı qan hüceyrələri səviyyəsi kosmik missiyadan əvvəlki səviyyəyə geri qayıtmır. Marsa uzunmüddətli səyahət öz növbəsində insan orqanizmində eritrositlərin çatışmazlığına səbəb ola və insan səhhətində problemlərə gətirib çıxarda bilər.
        Alimlərin sözlərinə əsasən bu, çəkisizlik vəziyyətində astronavtlar üçün problemlər yaratmayacaq. Lakin onlar Marsa eniş edəndən və ya Yer kürəsinə geri döndükdən sonra müəyyən problemlər yarana bilərlər. Nəticədə anemiya faktoru kosmik turizmi bir xeyli ləngidə bilər. Aparılmış tədqiqatların nəticələri onu göstəriblər ki, müasir kosmik səyahətlərdə mövcud fiziki məşqlər və qidalanma özəllikləri astronavtlarda hemolizin və uçuş sonrası anemiyanın qarşısını ala bilməyiblər.
    Linki kopyala