Alimlər hərəkət edən qara dəliklərin mövcudluqlarını sübut ediblər

Alimlər hərəkət edən qara dəliklərin mövcudluqlarını sübut ediblər

Süni zəka və Elm
23.03.2021 PAYLAŞIM

    Alimlər qara dəliklərin kainatda hərəkət etmələri nəzəriyyəsinin sübutunu aşkar ediblər. Uzun illər ərzində aparılmış tədqiqatlar nəticəsində alimlər öz yerindən qoparaq kainatda hərəkət edən qara dəliyi aşkar edə biliblər. Alimlər güman edirdilər ki, mövcud olan böyük qara dəliklərdən bəziləri kosmosda hərəkət edə bilərlər. Bu ideya Harvard Smitsonian İnstitutlarının iştirakları ilə ABŞ-ın astrofizika mərkəzinin tədqiqatçıları tərəfindən dəstəklənib. Bu nəzəriyyənin araşdırılması üçün alimlər 5 il vaxt sərf ediblər.

    Araşdırmaların nəticəsi isə hətta astronomlar üçün də sürpriz olublar. Belə ki, müşahidə olunmuş qara dəliklərdən biri öz qalaktikasının mərkəzindəki yerinin dəyişdiyini sərgiləyib. “Biz gözləmirdik ki, yüksək kütləli qara dəliklərin əksəriyyəti hərəkət edə bilsinlər. Sadəcə olaraq düşünün ki, futbol topundan fərqli olaraq boulinq topunun hərəkət etdirilməsi necə qəliz bir şeydir. Bunun üçün çox güclü zərbə lazım olardı” - deyə alimlərdən biri qeyd edib. Hərəkət edən qara dəliklərin aşkar ediməsi üçün 10 qalaktika seçilmişdi. Daha sonra aparılmış qəliz analizlər nəticəsində həmin qalaktikalardan 9-u potensial siyahıdan çıxarıldı.


    Nəticədə hərəkət edən qara dəlik Yer kürəsindən 230 milyon işıq ili məsafəsində yerləşən J0437 + 2456 adlı qalaktikanın mərkəzində aşkar edildi. Aşkar edilmiş qara dəliyin kütləsi Günəşin kütləsindən 3 milyon dəfə böyükdür. Əldə olunmuş nəticələrin təsdiqlənməsi üçün əlavə araşdırmalar aparılıb və məlum olub ki, sözügedən qara dəlik saatda 177 km sürətlə hərəkət edir. Alimlər qara dəliyin hansı səbəbə görə hərəkət etdiyini hələ bilmirlər. Güman edilir ki, qara dəlik özünə bənzər digər belə bir kosmik obyekt ilə birləşmə nəticəsində hərəkət edir. Və ya ola bilər ki, alimlər ikili qara dəliyə rast gəliblər və ikinci qara dəlik sadəcə olaraq teleskoplardan gizlənmiş vəziyyətdədir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amerikalı konqresmen öz çıxışı zamanı ChatGPT tərəfindən tərtib edilmiş mətndən ..

Keçən həftə konqresmen Jake Auchincloss ABŞ Nümayəndələr Palatasında çıxış edib.


Google mətnli təsvir əsasında istənilən janrda musiqi tərtib edən süni zəka əsas..

Google şirkəti süni zəka əsaslı MusicLM adlı alqoritmini təqdim edib. Sözügedən alqoritm istənilən j..


ChatGPT dünyanın ən yaxşı biznes məktəblərindən birində buraxılış imtahanından u..

OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun dərs tapşırıqlarının yerinə yetirilməsində is..


Daxilində nüvə sintezi prosesinin getdiyi yeni ekzoplanet kəşf edilib

Alimlər Avropanın Gaia adlı kosmik teleskopu vasitəsilə yeni ekzoplanet kəşf ediblər.

×