main-post-cover

    Alimlər erkən kainatda Günəşin kütləsindən 1 milyard dəfə daha böyük kütləyə sahib qara dəlik kəşf ediblər

    Süni İntellekt
    02.03.2023
    Farid Pardashunas
        Alimlər erkən kainatda Böyük partlayışdan təqribi olaraq 750 milyon il sonra formalaşmış superkütləli qara dəlik kəşf ediblər. Onların sözlərinə əsasən bu kəşf qalaktikaların formalaşması məsələsindəki təsəvvürləri tamamilə dəyişə bilər. Kəşf edilmiş superkütləli qara dəlik COS-87259 adlı qədim qalaktikanın mərkəzində yerləşir. Sözügedən superkütləli qara dəlik ALMA (Atacama Large Millimeter Array) adlı radioteleskop vasitəsilə kəşf edilib. Məlumatda qeyd edilib ki, bu qara dəliyin kütləsi Günəşin kütləsindən 1 milyard dəfə daha böyükdür. Alimlərin fikirlərinə əsasən erkən kainatda bu cür obyektlərin sayı daha çox olub.
        Lakin onların erkən kainatda bu qədər çox olmalarının səbəbi hələ də sirr olaraq qalır. Alimlər kainatın mövcud olduğu ilk 1 milyard ilin kompüter modelləşdirilməsini aparıblar. Aparılmış kompüter modelləşdirməsi onu göstərib ki, kainatın həmin dövründə qaz buludları məhv olma prosesində olan ulduzlarla birləşərək qara dəliklər formalaşdırıblar. Daha sonra həmin qara dəliklər bir-biriləri ilə toqquşaraq kainatda daha çox sayda qara dəliyin əmələ gəlməsinə təkan veriblər. Lakin alimlər üçün sirr qalan məsələ qara dəliklərin erkən kainatda necə belə tez yayılmalarıdır. Əgər alimlər bu sualın cavabını tapsalar. onlar həmçinin erkən kainatda qalaktikaların formalaşma proseslərinin necə getdiklərini də aydınlaşdıra biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər