Alimlər 8.8 milyard işıq ili uzaqlığındakı qalaktikadan radio siqnal qəbul ediblər

Alimlər 8.8 milyard işıq ili uzaqlığındakı qalaktikadan radio siqnal qəbul ediblər

Süni zəka və Elm
23.01.2023 PAYLAŞIM

    Hindistanda yerləşən Giant Metrewave Radio Telescope (GMRT) adlı rəsədxana Yer kürəsindən 8.8 milyard işıq ili uzaqlığında yerləşən qalaktikadan 21 sm-lik dalğa uzunluğuna sahib siqnal qəbul edib. Bu cür siqnala həmçinin neytral hidrogenin radio xətti də deyirlər. SDSSJ0826+5630 adlı qalaktika sözügedən siqnalı 8.8 milyard il bundan öncə ifraz edib. Siqnal öz növbəsində qalaktikadakı qazın miqdarını təyin etməyə yardımçı olub. Bununla yanaşı həmin siqnal sayəsində məlum olub ki, SDSSJ0826+5630 qalaktikasının kütləsi onun daxilində görünən ulduzların ümumi kütləsindən 2 dəfə daha böyükdür. Qalaktikalar geniş diapazonda elektromaqnit şüalanmalar ifraz edirlər.

    Lakin neytral hidrogenin radio xəttini indiyənə kimi daha yaxın və cavan mənbələrdən əldə etmək mümkün olub. Daha uzaq qalaktikalardan bu cür uzun dalğalı siqnalların qəbul edilməsinin çətinliyi ondan ibarətdir ki, uzun məsafələrin qətt edilməsi zamanı bu cür siqnalların dalğalarının uzunluqları yüksəlir. Bu isə öz növbəsində dalğaların enerjilərinin azalmasına səbəb olur. Alimlər isə sözügedən siqnalı qravitasiya linzası üsulu ilə aşkar ediblər. Ümumi nisbilik nəzəriyyəsinə əsasən kütləyə sahib obyektlər fəza və zamanı təhrif edirlər.


    Obyektin kütləsi nə qədər böyükdürsə, fəza və zaman daha güclü şəkildə təhrif olunur. Bu halda yüksək kütləyə sahib obyektin yanından keçən işığın hərəkət trayektoriyası da təhrif olunur. Nəticədə işığın mənbəyi göy üzündə bir neçə nöqtədə ortaya çıxa və siqnalın gücü yüksələ bilər. SDSSJ0826+5630 adlı qalaktika tərəfindən ifraz edilmiş radio siqnal isə digər qalaktika tərəfindən 30 dəfə daha da gücləndirilib. Nəticədə Yer kürəsində yerləşən teleskop həmin siqnalı qəbul edə bilib. Bu o deməkdir ki, gələcəkdə bu cür siqnalları digər uzaq qalaktikalardan qəbul etmək mümkün olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amerikalı konqresmen öz çıxışı zamanı ChatGPT tərəfindən tərtib edilmiş mətndən ..

Keçən həftə konqresmen Jake Auchincloss ABŞ Nümayəndələr Palatasında çıxış edib.


Google mətnli təsvir əsasında istənilən janrda musiqi tərtib edən süni zəka əsas..

Google şirkəti süni zəka əsaslı MusicLM adlı alqoritmini təqdim edib. Sözügedən alqoritm istənilən j..


ChatGPT dünyanın ən yaxşı biznes məktəblərindən birində buraxılış imtahanından u..

OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun dərs tapşırıqlarının yerinə yetirilməsində is..


Daxilində nüvə sintezi prosesinin getdiyi yeni ekzoplanet kəşf edilib

Alimlər Avropanın Gaia adlı kosmik teleskopu vasitəsilə yeni ekzoplanet kəşf ediblər.

×