Alimlər 24000 il ərzində yatmış canlı orqanizmi oyandıra biliblər

Alimlər 24000 il ərzində yatmış canlı orqanizmi oyandıra biliblər

Süni zəka və Elm
08.06.2021 PAYLAŞIM

    Rusiyalı alimlər Yakutiyanın şərqində 24.000 il ərzində yatmış vəziyyətdə olmuş rotatorilər adlı heyvan növünü uğurla oyandırdıqlarını elan ediblər. Tədqiqatın təfərrüatları Current Biology jurnalında dərc olunub. Yeni tədqiqat çərçivəsində alimlər Sibirin ekstremal soyuq iqlim şəraitində minilliklər ərzində sağ qalmağı bacarmış rotatoriləri təsvir ediblər. Bu kiçik ölçülü canlı orqanizmin əksər növü şirin sularda, digərləri isə dənizlərdə yaşayır. Bu tədqiqatı aparmış alimlər qazma texnologiyaları vasitəsilə Sibirin uzaq nöqtələrində bu cür canlı orqanizm nümunələrinin əldə olunması üzrə fəaliyyət göstərirlər. Tədqiqatda qeyd edilmiş rotatorilər 3.5 metr dərinlikdə aşkar edilib.

    Tədqiqatçılar heyvanların yaşlarını təyin etmək üçün radiokarbon tarixləşdirmə üsulundan istifadə ediblər. Daha sonra sözügedən heyvanlar buz örtüyündən azad olan kimi bir-birilərini klonlaşdıraraq çoxalmağa başlayıblar. “Bizim kəşfimiz onu sübut edir ki, çoxhüceyrəli heyvanlar minilliklər ərzində anabioz vəziyyətində yaşaya bilərlər” - deyə rusiyalı tədqiqatçılardan biri qeyd edib. Alimlər onu da bildiriblər ki, rotatorilər ən primitiv çoxhüceyrəli heyvanlardan biri olsalar da, onlar uzunmüddətli yaşama dövrü ilə fərqlənirlər. Onlar ekstremal şərtlər altında sağ qalmağı bacaran heyvanları müşahidə edən bioloqların maraqlarını cəlb edirlər.


    Rotatorilərin daha bir özəllikləri ondan ibarətdir ki, onlar ani və uzunmüddətli quraqlığa dözə bilirlər. Buna görə də onurğasız canlılar sinifinə daxil olan orqanizmlər özlərini bir növ quruda bilirlər. Alimlər qeyd ediblər ki, bu halda onlar ani olaraq öz hüceyrələrindən müxtəlif maddələri çıxardırlar və anabioz vəziyyətinə keçid edirlər. Onların orqanizmlərində funksionallıq üçün lazımlı maye miqdarı kifayət qədər olduqda sözügedən canlılar yenidən oyanırlar. Məhz bu cür mexanizm hesabına rotatorilər ekstremal aşağı temperatur şəraitinə də dözə bilirlər. Onlar rahatlıqla buzun daxilində illərlə qala bilərlər. Bu halda onlar anabioz vəziyyətində olurlar. Buz əriyəndən sonra isə bu canlılar anabiozdan çıxaraq normal həyata qayıdırlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər bilikləri birbaşa beyinə yazmağın yolunu tapıblar

Kaliforniyanın HRL Laboratories adlı laboratoriyasının alimlərinin sözlərinə əsasən onlar faydalı mə..


İsrailli alimlər həyat davamlılığını 23% artırmağı bacarıblar

İsrailli alimlər canlı orqanizmin həyat davamlılığını artırmaq məsələsində inqilabi nəticə əldə edib..


Çinlilər digər analoqlardan 10 dəfə daha güclü olan yeni neyron şəbəkəsi yaradıb..

Süni zəka üzrə Pekin Akademiyasının mütəxəssisləri Wu Dao 2.0 adlı generativ deep learning neyron şə..


NASA agentliyi Venera planetinin incələnməsi üçün nəzərdə tutulmuş 2 yeni missiy..

NASA agentliyi Venera planetinin incələnməsi üçün nəzərdə tutulmuş 2 yeni missiyanı anons edib. ..


Yeni dərman preparatı SARS-CoV-2-nin ən aqressiv ştamlarını bloklaya bilir

Aparılmış təcrübə onu göstərib ki, yeni dərman preparatı anadangəlmə olan immun cavabı prosesini işə..

×