Reklam
Alimlər 12 milyard il yaşa sahib qaranlıq materiya aşkar ediblər

Alimlər 12 milyard il yaşa sahib qaranlıq materiya aşkar ediblər

Süni zəka və Elm
02.08.2022 PAYLAŞIM

    Yapon alimlər yeni tədqiqat çərçivəsində kainatda ən geniş yayılmış maddə olan sirli qaranlıq materiyanı aşkar ediblər. Aşkar edilmiş qaranlıq materiya Böyük partlayışdan artıq 1.8 milyard il sonra mövcud olmuş qalaktikalar klasterini (qalaktikalar toplusu) əhatə edir. Yəni söhbət, 12 milyard il yaşa sahib qaranlıq materiyadan gedir. Alimlər belə qənaətə gəliblər ki, erkən kainatdakı qaranlıq materiya müasir kosmoloji modellərin güman etdikləri kimi fəzada sıx sahələr şəklində cəmləşməyib. Əgər bu fərziyyə öz təsdiqini tapsa, bu kəşf qalaktikaların təkamülləri barəsində anlayışı tamamilə dəyişə bilər. Alimlər həmçinin güman edirlər ki, kosmosu idarə edən qanunlar 12 milyard il bundan öncə tamamilə fərqli olublar. Qeyd etmək lazımdır ki, qaranlıq materiyanı aşkar etmək çox qəliz məsələdir. O, adi materiya kimi heç bir maddə və ya işıq ilə qarşılıqlı təsirdə olmur. Qaranlıq materiyanı “görmək” üçün alimlər onun qravitasiya ilə qarşılıqlı əlaqəsinə ümid etməlidirlər.

Albert Eynşteyn-in Nisbilik nəzəriyyəsinə əsasən böyük kütləli obyektlər fəza-zaman təhrifini yaradırlar. Bu cür böyük obyektlərə misal olaraq nəhəng qalaktikaları və qalaktik klasterləri gətirmək olar.

    Bu kosmik obyektləri uzaq məsafədə yerləşən işıq mənbəyini müşahidə etmək üçün böyüdücü linza kimi istifadə etmək olar. Bu proses qravitasiya linzası adlanır. Qalaktikadakı qaranlıq materiyanın paylanmasını müşahidə etmək üçün alimlər linza rolunda çıxış edən qalaktikanın arxasında yerləşən işığın necə dəyişdiyini izləyə bilərlər. Linza rolunda çıxış edən qalaktikanın tərkibində nə qədər çox qaranlıq materiya olarsa, o, işığı bir o qədər çox təhrif edəcək. Lakin erkən və müvafiq olaraq çox uzaqda yerləşən qalaktikalar həddindən artıq aşağı səviyyəli parlaqlığa sahibdirlər. Buna görə də alimlər onların qravitasiya linzası üsulu vasitəsilə müşahidədə çətinlik çəkirlər. Buna baxmayaraq aparılmış yeni tədqiqat çərçivəsində alimlər kainatın ən qədim işıq mənbəyindən istifadə ediblər. Söhbət, kosmik mikrodalğa arxa fon şüalanmasından gedir.


    Bu şüalanma Böyük partlayışdan sonra qalıb və hələ də kainatda öz səyahətinə davam edir. Uzaqda yerləşən qalaktikaların işıqları kimi kosmik mikrodalğa arxa fon şüalanması da linza rolunda çıxış edən qalaktikalar tərəfindən təhrif olunur. “Biz, 12 milyard il yaşa sahib olan qalaktikalardakı qaranlıq materiyanı ölçmək üçün kainatın erkən tarixinə nəzər yetirə bildik” - deyə yapon alimlərdən biri qeyd edib. Alimlər güman edirlər ki, 12 milyard il bundan öncə təzə-təzə formalaşmağa başlamış qalaktikalar klasteri daha çoxlu miqdarda qaranlıq materiya ilə qravitasiya əlaqəsində olub. Yapon alimlər güman edirlər ki, erkən kainatda qaranlıq materiya kosmosda sıx sahələr yaratmayıb. “Əgər bizim fərziyyəmiz həqiqətə uyğundursa, ola bilsin ki, qaranlıq materiyanın təbiəti ilə bağlı olan müasir nəzəriyyələrə yenidən nəzər yetirmək lazım gələcək. Bu bizim kainat barəsində olan təsəvvürlərimizi dəyişə bilər” - deyə alimlər qeyd ediblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ay Yer kürəsi ilə digər planetin toqquşmasından bir neçə saat sonra formalaşmış ..

Məşhur olan fərziyyəyə əsasən milyardlarla il bundan öncə Yer kürəsinin nəzəri hesab edilən Teya adl..


Alimlər: 'Süd Yolu qalaktikasında Yer kürəsinə bənzər planetlərin mövcud olma eh..

Bu və ya digər planetdə həyatın yaranması üçün planet ilk növbədə öz ulduzu ətrafında yaşayış zonası..


Marsın Cənub qütb regionunda yeraltı göl mövcud ola bilər

Alimlər artıq uzun illərdir ki, Marsda maye şəklində su tapmağa ümid edirlər. Bu cür kəşf öz növbəsi..


Qara dəliklər partlaya bilirlərmi?

Qara dəliklər çox böyük kütləyə sahib kosmik obyektlərdir və onlar öz ətraflarında olan akresiya dis..


NASA-nın kosmik aparatı uğurlu şəkildə asteroidlə toqquşub (VİDEO)

Tarixdə ilk dəfə insan əli ilə hazırlanmış kosmik aparat asteroid ilə toqquşub.


NASA-nın kosmik aparatı gecə saatlarında asteroidlə toqquşacaq (VİDEO)

NASA-nın Double Asteroid Redirection Test (DART) adlı missiyası artıq final mərhələyə yaxınlaşır...

×