main-post-cover

    ABŞ-ın dövlət orqanları ilə silahlanma sistemlərinə süni zəkanın sürətli inteqrasiyası planı hazırlanıb

    Süni İntellekt
    24.07.2020
    Emil Nəcəfov
        Süni zəka üzrə milli təhlükəsizlik komissiyası (NSCAI) süni zəka sisteminin sürətli şəkildə ölkənin dövlət orqanlarına və silahlanma sistemlərinə inteqrasiyası məsələsində 35 məsləhətdən ibarət siyahı ilə ABŞ prezidentinə, Pentaqona və konqressə müraciət edib. Gözləntilərə əsasən siyahıda olan təkliflərin yerinə yetirilməsi nəticəsində ABŞ hökuməti süni zəka yarışında liderliyini qoruya biləcək. Bu barədə Venturebeat saytı xəbər verib. NSCAI 2018-ci ildə konqres tərəfindən yaradılıb. Bu komissiya müdafiə sahəsində milli strategiya, tədqiqatlara və strateji planlamalara investisiya məsələlərində konsultasiyanın təqdim olunması ilə məşğuldur.

    Sözügedən komissiyaya Amazon Web Services CEO-su Andy Jassy, Google Cloud CEO-su Andrew Moore və Microsoft şirkətinin baş alimi Eric Horovitz daxildirlər. Komissiyanın sədri qismində isə Google şirkətinin keçmiş CEO-su Eric Shmidt çıxış edir.

        Beləliklə komissiya ABŞ-ın ehtiyat ordusu obrazı üzrə milli rəqəmsal ehtiyatın (NRDC) yaradılmasını təklif edir. Bu üsul ilə machine learning mütəxəssisləri əsas işlərindən kənar boş vaxtlarında çalışma rejimində dövlət layihələrinə öz töhfələrini verə biləcəklər. ABŞ-ın artıq mövcud olan rəqəmsal xidmətindən asılı olaraq NRDC-yə sadəcə il ərzində 38 gün vaxt ayırmaq lazım gələcək. Qeyd etmək lazımdır ki, ABŞ-ın rəqəmsal xidməti işçilərdən tam iş rejimi üzrə 1 il vaxt ayırmaq tələb edir.

    Bununla yanaşı komissiya üzvləri ABŞ-ın akreditasiya olunmuş universitetlərinin və ya rəqəmsal xidmət akademiyalarının yaradılmasını da təklif ediblər.

        Bu cür müəssisələrin məzunları öz təhsil ödənişlərini dövlət qulluqçuluğunda 5 il müddətinə iş şəklində ödəyə biləcəklər. Belə təhsil ocaqlarında ABŞ tarixi, riyaziyyat və informatika fənləri üzrə təhsil təklif olunacaq. Praktika prosesini isə məzunlar dövlət agentliklərində və ya özəl sektorda keçə biləcəklər. Bütün bunlardan əlavə olaraq siyahıda həmçinin süni zəka sistemlərinin ölkənin müdafiə strukturlarına inteqrasiyası tədbirləri və federal agentliklərin işlərində alqoritmlərdən istifadə üzrə genişmiqyaslı məsləhətlər var.
        Süni zəka sahəsində silahlanma və bu sahədə lider mövqelərini qoruma məsələləri üzrə müzakirə zamanı Microsoft şirkətindən olan Eric Horovitz bunları deyib: “Düzünü desək, bizim əsas rəqibimiz status quo və innovasiyaların aktuallığıdır”. Süni zəka sahəsində Çinin ABŞ ilə rəqabət imkanlarını azaltmaq üçün bu ilin əvvəlində Donald Trump administrasiyası bəzi süni zəka texnologiyaları ilə məlumatların ölkədən eksportuna qadağa qoymuşdu. 
    Linki kopyala