main-post-cover

    3D printerdə insan ürəyinin analoqu çap edilib

    Süni İntellekt
    06.03.2023
    Farid Pardashunas
        Massaçusets Texnologiya İnstitutunun (MIT) mühəndisləri anatomik baxımdan əsl insan ürəyini təkrarlayan süni ürəyin çap edilməsi üsulunu hazırlayıblar. Mütəxəssislər inanırlar ki, həkimlər bu texnologiyanı individual tibbi problemlərin daha dəqiq diaqnostikasında istifadə edəcəklər. Məlumatda qeyd edilib ki, çap edilən süni ürəyin ölçüsü və forması insandan-insana fərqlənə biər. Bu fərqlilik əsasən ürək xəstəliklərinə sahib insanlarda daha yaxşı nəzərə çarpır. Belə ki, ürək funksiyalarının pozulması onun gözlənilməz şəkildə deformasiyasına gətirib çıxardır.
        Mühəndislər uzi (ultrasəs müayinəsi), rentgen MRT (maqnit rezonans tomoqrafiyası) vasitəsilə ürəyin 3D modelini tərtib etməyə çalışbılar. Daha sonra onlar polimer əsaslı mürəkkəblər vasitəsilə süni ürəyi çap ediblər. Nəticədə əsl ürəyi təkrarlayan yumşaq və elastiki süni ürək əldə edilib. Daha sonra mütəxəssislər aortanı çap ediblər və süni ürəyə qan dövranı sistemini imitasiya edən pnevmatik sistem əlavə edilib. Ritmik ürək döyüntülərinin əldə edilməsi üçün mütəxəssislər çıxan havanı ayarlamağı bacarıblar. Bu üsul ilə onlar ürəyin nasos özəlliyini imitasiya ediblər. Bütün bunların vasitəsilə mütəxəssislər ürəyin problemlərini müşahidə ediblər və əldə edilmiş məlumatlar əsasında maksimal dəqiq müalicəni təyin ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər